Sabah Serbiyanın paytaxtı Belqradda Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində yerli “Partizan”la üz-üzə gələcək “Neftçi”ni çətin sınaq gözləyir.
Qol.Az-ın məlumatına görə, serb fanatlar dünyada öz çılğınlıqları ilə seçilirlər.
Uzağa getməyək, 2 il öncə məhz serb azarkeşlərinin azğın xuliqanlığı nəticəsində İtaliya-Serbiya oyununun yarımçıq dayandırılması çoxlarının yadındadır. Nəzərə alsaq ki, “Partizan” da “Srvena Zvezda” kimi Serbiyanın ən aparıcı iki klubundan biri sayılır, o zaman bu klubun fanatları da daim diqqət mərkəzində olurlar. “Partizan” fanatları komandalarına dəlicəsinə bağlıdılar, onu son ana qədər dəstəkləyirlər. Ancaq onlar eyni zamanda həm də, hədsiz çılğın və aqressivdilər. Bəzən fanatlığı xuliqanlıq dərəcəsinə də çatdırırlar. Təsadüfi deyil ki, “Partizan”ın oyunlarında polislə ixtişaşları görmək də mümkündür. Eyni zamanda rəqibə də dəhşətli dərəcədə təzyiq göstərmək bacarığına malikdirlər.
Serb azarkeşləri, bəzən nasizim, irqçi, siyasi şüarları səsləndirməkdən belə çəkinmirlər. Məsələn, 2009-cu ildə Azərbaycan çempionu “İnter” məhz “Partizan”la oyun öncəsi bu ab-havanı yaşamışdı. Xatırlayırsınızsa, həmin vaxt “Partizan” fanatları Belqraddakı cavab qarşılaşmasında sabiq prezident Slobadan Miloşeviçə dəstək xarakterli plakatlar, şüarlar səsləndirəcəklərini bildirmişdilər. Lakin məsələyə qarışan UEFA bunun baş verəcəyi tədqirdə “Partizan”a texniki məğlubiyyət veriləcəyini və onları yarışlardan çıxaracağını deyəndən sonra, serblər bu addımdan çəkinmişdilər.
“Partizan” azarkeşləri “Neftçi” ilə oyuna da xüsusi hazırlaşırlar və artıq azarkeş saytlarını, formları izləyərkən də bunu aşkar görmək olur. Sabah tribunaların dolu olacağına şübhə ola bilməz. Bir sözlə, “Neftçi” sözün əsl mənasında həm də 12-ci oyunçuya qarşı mübarizə aparacaq.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi