Qana və Yeni Zellandiya yığmaları Bakıda (FOTOLAR)

XƏBƏR 19 Sentyabr 2012 / 14:02 1930
-  A +

Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq U-17 qadınlardan ibarət Qana və Yeni Zelandiya milli komandaları da ölkəmizə təşrif buyurub.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu "Top Top Qız" qarşılayıb. "Top Top Qız" qarşılama ənənəsinə sadiq qalaraq onları salamlayıb, gül dəstələri təqdim edib və qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra qrup şəkli çəkdirən komandaların heyəti kiçik fotosessiyanın ardından qalacaqları otellərə düşüblər.




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq