Həmyerlilərimiz - milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu artıq superliqayla vidalaşmağıyla barışıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmit təmsilçisi artıq qarşıdakı mövsümün planlarını cızır. “Kocaelispor” mövsümün əvvəlində 16, qış fasiləsində isə həmyerlilərimiz də daxil olmaqla 15 yeni futbolçu transfer etsə də, mövsümün sonunda onlardan yalnız 8-nin - Serdar Topraktepe, Hamza Mutlu, Berkay Samancı, Mehmet Öztonga, Uğur Daşdemir, Julio Cesar, Mesut Eslik ve Metin Erolun komandada qalacağı dəqiqdir. Bu siyahıya Rəşad Sadıqovun da adı daxil ola bilər. Lakin türkiyəli həmkarlarımızın yazdığına görə, bunun üçün “Kocaelispor” rəsmiləri Sadıqovu dilə tutmalıdırlar. Tərəflər arasında razılıq əldə olunsa, Rəşad növbəti mövsümdə də “qara-yaşıl” formanı geyəcək. Rəşadın birinci liqada oynamasında da heç bir problem yoxdur. Çünki Türkiyə çempionatının əsasnaməsinə əsasən azərbaycanlı futbolçular birinci liqada legioner hesab olunmurlar.
Eyni sözləri Ramal Hüseynova aid etmək çətindir. Çünki Türkiyə mətbuatı “Kocaelispor”da qalacaq və ya klubun danışıqlar masası arxasına keçəcəyi futbolçular arasında Hüseynovun adını çəkmir. Bu isə o deməkdir ki, Ramal icarə müddəti başa çatan kimi müqavilə ilə məxsus olduğu “Bakı”ya qayıdacaq. Xatırladaq ki, həm Ramalın, həm də Rəşadın “Kocaelispor”la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video