Foqts: “Avro-2012”nin ən yaxşı komandası Almaniya idi”

GÜNDƏM 16 Avqust 2012 / 13:06 1808
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya yığmasının çalışdırıcı Yoahim Lövün müdafiəsinə qalxıb.

Qol.Az-ın goal.com-a istinadən yaydığı məlumata görə, Foqts “Avro-2012”də yarımfinalda mübarizəni dayandıran Almaniya millisinin invanına yönələn tənqidləri qəbul etmir.

“Lövün sayəsində yaxşı bir komanda formalaşıb. “Avro-2012”dəki son oyuna qədər çempionatın ən yaxşı komandası Almaniya idi. Finalda oynaya bilərdik. Amma alınmadı. Braziliyadakı dünya çempionatına kimi komanda 80 faiz hazır olacaq. Son çempionatdan isə futbolçularımız çox şey öyrəndi”.

Daha çox


Son xəbərlər