“Kamran Ağayev əsas yox, əvəzedici komandaya qaytarılıb”

“Kamran Ağayev əsas yox, əvəzedici komandaya qaytarılıb”
GÜNDƏM 15 Avqust 2012 / 12:12 3410
-  A +

“Kamran Ağayevin adı sifariş ərizəsinə salınıb. Lakin bu o demək deyil ki, Kamran komandanın əsas heyətinə qaytarılıb. Biz onu əvəzedicilərin heyətinə qaytarmışıq ki, transfer olunana qədər formasını itirməsin”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev deyib.
“Kamran Ağayev klubun heyətinə birdəfəlik qayıda bilərmi” sualını cavablandıran Hacıyev bunları söylədi: “Bu haqda qərarı yalnız rəhbərlik verə bilər. Mən bu barədə dəqiq bir söz deyə bilmərəm”.

Xatırladaq ki, “Xəzər Lənkəran” bir müddət əvvəl qapıçısı Kamran Ağayevi transferə çıxarsa da, onun adını Peşəkar Futbol Liqasına göndərdiyi sifariş ərizəsinə salıb.

Daha çox


Son xəbərlər