Mourinyo: "Məni "özəl biri" yox, "yek" deyə çağırmalıdırlar"

Mourinyo: "Məni "özəl biri" yox, "yek" deyə çağırmalıdırlar"
GÜNDƏM 14 Avqust 2012 / 03:46 3025
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo yenidən maraqlı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis insanların onu "yek" adlandırmalı olduğunu bildirib:

"Allaha şükür ki, işlərim yolunda gedir. Karyeramda bir sıra uğurlar qazanmışam. Ancaq 50 ildir qazana bilməyən "İnter"lə çempionluq yaşamam daha zövqlü idi. Dünyanın ən önəmli liqalarında çempionluq yaşayan yeganə baş məşqçi mənəm. Demirəm ki, məni sevin və ya sevməyin. Lakin insanlar məni "özəl biri" deyil, "yek" deyə çağırmalıdırlar".

Qeyd edək ki, Mourinyo 2004-cü ildə "Porto" ilə Çempionlar Liqasını qazanarkən özünü "özəl biri" adlandırmışdı.

Daha çox


Son xəbərlər