Azərbaycan olimpiadada 10-cu medalını qazandı (YENİLƏNİB)

Azərbaycan olimpiadada 10-cu medalını qazandı (YENİLƏNİB)
GÜNDƏM 12 Avqust 2012 / 18:06 12866
-  A +

London olimpiadasının 16-cı günündə Azərbaycan qazandığı medalların sayını 10-a çatdırıb.

Qol.Az-ın məlumatına görə, 10-cu medal bu gün sərbəst güləşçi Xetaq Qazyumovun sayəsində mümkün olub. Hazırda komandamızın ehtiyatında 10 medal var: 2 qızıl, 2 gümüş, 6 bürünc.

Qeyd edək ki, indiyədək Azərbaycan Yay Olimpiya Oyunlarında on medal qazanmamışdı. Buna qədər ən yüksək göstərici Pekin olimpiadasında olmuşdu: 1 qzıl, 2 gümüş, 4 bürünc. 

Olimpiadada mübarizəni medalla başa vuran idmançılarımız aşağıdakılardır:

Toğrul Əsgərov (güləş, qızıl)
Şərif Şərifov (güləş, qızıl)
Rövşən Bayramov (güləş, gümüş)
Mariya Stadnik (güləş, gümüş)
Emin Əhmədov (güləş, bürünc)
Yuliya Ratkviç (güləş, bürünc)
Xetaq Qazyumov (güləş, bürünc)
Valentin Xristov (ağırlıqqaldırma, bürünc)
Teymur Məmmədov (boks, bürünc)
Məhəmmədrəsul Məcidov (boks, bürünc)

Daha çox


Son xəbərlər