Tanınmış idman telejurnalisti Emin Abbasov ölkədə yeni futbol telekanalının yaradılması təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, yeni mövsüm üçün Premyer Liqanın yayım hüququnu özündə saxlayan PFL yayım paketinə yiyələnmək istəyən kanallardan 500 min manat tələb edib. Lakin hansısa kanalın bu məbləği ödəyəcəyi inandırıcı görünmür. Böyük ehtimalla azarkeşlər ekran qarşısında əyləşib Premyer Liqa oyunlarına baxa bilməyəcəklər. Bəs, çıxış yolu varmı?
Qol.Az-ın məlumatına görə, bununla bağlı tanınmış idman jurnalisti Emin Abbasov maraqlı təklif irəli sürüb: “İlk növbədə onu deyim ki, kanalların bu pulu verməyəcəyi aydın idi. Yalnız dövlətdən maliyyələşən və kifayət qədər böyük büdcəyə malik “İdman Azərbaycan” istisna ola bilərdi. Ancaq məndə olan məlumata görə, tərəflər anlaşa bilməyiblər. Mən hesab edirəm ki, vəziyyət o qədər çıxılmaz deyil. Liqa TV peyk kanalı yaradılmalıdı (Türkiyədə “Lig TV” kanalının formatına uyğun). Peyk kanalı yaratmaq o qədər çətin proses deyil (İnteraz və s. kimi). Ölkədə fəaliyyət göstərən bütün kabel televiziyaları ilə müqavilə bağlayıb və Liqa TV-nin ölkə ərazisində yayımlanmasını təmin etmək lazımdır. Abunəçilər Liqa TV-yə baxmaq üçün hər ay əlavə 4 manat ödəməli olacaqlar (Lig TV-yə baxmaq üçün əlavə 8 manat verilir ). Təsəvvür edin ki, ölkə ərazisində heç olmasa 200 min adam kanala abunə olsa, hər ay 800 min manat gəlir əldə etmək mümkündür. Təbii ki, xərclər də çox olacaq (Texniki xərclər, işçilərin maaşları, kabel televiziyalarına ödəniləcək faizlər və s.). Ancaq təxmini hesablamalara görə, illik 2 milyon manata yaxın gəlir əldə edilə bilər. Belədə həm PFL-in 500 min manatını vermək olar, həm də gəlir eldə etmək.
İlk baxışdan bu proses çox çətin görünür. Ancaq inanın, indi də olmasa bir neçə ildən sonra belə kanal yaradılacaq. Sadəcə bu işi həyata keçirmək üçün yaxşı maliyyə imkanlarına sahib olan və bu işə girməkdən çəkinməyən şirkətlərə ehtiyac var. Birinci il çətinliklər ola bilər. Ancaq sonradan bu kanal özünü doğruldacaq”.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir