London Olimpiya Oyunlarında idmançılarımızdan ard-arda məğlubiyyət xəbərlərinin gəlməsi mətbuatda müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Bu fikirlər arasında Azərbaycan idmançılarının qalibiyyət qazanmamasına görə gənclər və idman naziri Azad Rəhimovun istefa verəcəyi barədə iddialar da var. Nazirin hətta istefa ərizəsi yazdığı xəbəri də yayılıb.
“Gənclər və idman nazirinin istefa verib-verməməsinə bir sıra KİV-lər, o cümlədən müxalifət mətbuatı, yaxud o cür yazıları yazan adamlar qərar vermir. Bu qərarı gənclər və idman nazirinin özü və ölkə başçısı verə bilər”. Bu sözləri Modern.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O qeyd edib ki, bəzi KİV-lərdə müxtəlif şəxslərin məğlubiyyətlərə sevinmələrinə yönəlik açıqlamalar verməsi, yazılar yazması Azərbaycana qarşı istək, hörmətin olmamasından irəli gəlir: “Hazırda onlar idmançılarımıza, nümayəndə heyətimizə dəstək olmaq əvəzinə sensasiya səpkili yazılar yazırlar. Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə idmanın inkişafı üçün böyük işlər görür, idman yarışları keçirir və s. Həm də bu idmandır, burada məğlubiyyət də ola bilər, qalibiyyət də”.
S. Məmmədova onların bu hərəkətini mənasız, məntiqsiz olduğunu qeyd edib. “Sözün əsl mənasında, hörmətsiz bir münasibətdir ki, onu hazırda olimpiadada olduğumuz müddətdə bu cür yazılar yazan Azərbaycan mediasından görürəm. Azərbaycan idmanına, Azərbaycana hörməti olan bir insan bu cür sevincək şəkildə yaza bilməz”.
İdmançılarımızın uğursuz çıxışlarına gəlincə isə mətbuat xidmətinin rəhbəri onların da buna məyus olduqlarını bildirib.
“Kim məğlubiyyətə sevinə bilər? Hər birimiz məyus oluruq, hər birimiz həyəcanlıyıq, narahat oluruq. Amma bu, idmandır, olimpiadada dünya çempionları, neçə qat olimpiya çempionları məğlub olur. Yəni bu yarışdır, yarışda qalibiyyət də ola bilər, məğlubiyyət də. Kimisi bundan dərs alır, kimisi bununla karyerasını sona yetirir, kimisi də növbəti olimpiadaya stimul yığır, yəni fikirlər müxtəlif cürdür. Amma ümidimizi də itirmirik. Çünki olimpiadanın 5-cü günüdür, bu gün hələ bizim boksçularımız yeni çıxacaqlar, artıq ağırlıq qaldırma üzrə bir gümüş medalımız var, çoxdandır ağırqaldırmanın tarixində olimpiadada medal yox idi. Qarşıda hələ taekvondoçularımız çıxış edəcəklər. Avarçəkənlərimiz çox yaxşı nəticələr göstərirlər. Yəni yaxşı nəticələr göstərənlər də var. Bəs yaxşılarından niyə yazmırlar? Hələ qabaqda başqa idman növləri var. Qabaqcadan tələsik qərar verməklə bəzi şəxslər, o cümlədən bir sıra KİV-lər özlərini gülünc vəziyyətə qoymaq istəyirlər”.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi