Qadın futbolunun inkişafı məqsədilə FIFA-nın bayrağı altında növbəti "Live Your Goals" (Öz məqsədini yaşat) festivalı Şəki şəhər stadionunda keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə müxtəlif təşkilatların, dövlət qurumlarının, futbol ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri iştirak edib.
Festivaldan öncə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Şəki Şəhər İcra Hakimiyyətinin İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Sadiq Yusifov, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimov, U-17 qızlar yığmasının üzvləri Şahnaz Məmmədova və Gülsüm Cəfərova, həmçinin müğənni Azad Şabanov iştirak ediblər.
Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top-top Qız rəqs edərək stadiona daxil olub. Festivalda populyar müğənni, "Yeni Ulduz" müsabiqəsinin iştirakçısı və gənclərin dostu Azad Şabanov çıxış edib. Azad ifasını milli yığmamıza dəstəyin bir əlaməti kimi qiymətləndirib və bu dəstəyi çempionat zamanı stadionda davam edəcəyini bildirib.
Festival zamanı futbola maraq göstərən qızlar üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçiləri tərəfindən ustad dərsləri keçirilib. “Live Your Goals” çərçivəsində azarkeşlər arasında futbolla bağlı müsabiqə keçirilib və sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub.
Tədbirin sonunda tamaşaçılar dünya çempionatının maskotu Top-top Qızla şəkil çəkdirmək imkanı əldə ediblər.
Xatırladaq ki, bu, sayca dördüncü "Live Your Goals" festivalıdır. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında isə Quba Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı