Bir neçə saat öncə başa çatmış İspaniya - İtaliya matçı bir sıra "ilklər"lə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, finalda rəqibini 4:0 hesabı ilə məğlub edərək baş mükafata sahib çıxan İspaniya millisi ardıcıl ikinci dəfə Avropa çempionluğunu yaşayan komanda kimi tarixə düşüb.
Üstəlik ispanlar ardıcıl olaraq Avropa çempionu (2008), dünya birincisi (2010) və yenidən qitənin baş mükafatına sahib çıxan (2012) ilk komanda olub. İtaliya millisi isə final matçını azlıqda keçirməsi ilə tarixə keçib.
Belə ki, matçın 57-ci dəqiqəsində meydana çıxan Tiaqo Motta az sonra zədələnərək görüşü davam etdirə bilməyib. Motta İtaliya millisinin sonuncu dəyişikliyi olduğundan komanda oyunu 10 nəfərlə davam etdirmək məcburiyyətində qalıb ki, bu da Avropa çempionatında bir ilk olub.
"Avro-2012"də İspaniya millisinin heyətində debüt matçına çıxan Xuan Matanın 1 dəqiqə sonra fərqlənməsi də turnirə damğasını vurub. İspaniya millisinin hücumçusu Fernando Torres isə hər iki finalda fərqlənən futbolçu kimi adını tarixə yazdırıb. Bununla belə, meydana sonradan daxil olan hər iki futbolçunun rəqib qapısına yol tapması da Avropa çempionatları tarixi üçün bir yenilik olub.
"Avro-2012"də ən çox maraq doğuran rekordlardan biri isə turnirin bombardirinin kimliyi ilə bağlıdır. Belə ki, turnirdə 6 yığmanın 6 futbolçusu 3 dəfə fərqlənsə də, aşkar bombardir bəlli olmayıb. Maraq üçün xatırladaq ki, Alan Zaqoyev (Rusiya), Mario Qomez (Almaniya), Mario Mandzukiç (Xorvatiya), Kriştiano Ronaldo (Portuqaliya), Mario Balotelli (İtaliya) və Fernando Torres (İspaniya) hərəyə 3 dəfə fərqlənməklə şərik bombardirlər kimi Avropa çempionatının tarixinə düşüblər.
Qeyd edək ki, final matçında qeydə alınan 4:0-lıq qələbə də Avropa çempionatları tarixində ilk böyükhesablı nəticə olub.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi