"Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün komandasının Türk Hava Yolları Futbol Mərkəzindəki açıq məşqindən öncə brifinq keçirib.
- Təlim-məşq toplanışı necə gedir?
- Bugünkü məşq bərpa xarakterlidir. Bundan sonra fiziki hazırlığa başlayacağıq və toplu çalışmalar olacaq.
- Qanalı hücumçunuz Kvami Karikarinin qalmasını, yoxsa getməsini uyğun sayırsınız?
- Bu futbolçu ilə çox yaxşı münasibətim var. Mən də daxil olmaqla, hər kəs ondan çox şey gözləyirdi. Karikarinin bir neçə klubdan təklifi var. Onun son qərarını gözləyirik.
- Moldova “Şerif”inə rəhbərlik etdiyiniz dönəmdən yaxşı tanıdığınız futbolçulardan niyə heç birini “Neftçi”yə gətirmədiniz?
- Keçmiş futbolçularımdan kimisə burada görmək istəmədiyimi söyləməmişəm. Hazırda “transfer pəncərəsi” açıqdır və maraqlandığımız oyunçular var. Amma konkret qərar verdiyimiz biri yoxdur.
- Hansı mövqelərə oyunçu axtarırsınız?
- Karikarinin məsələsinə görə gözləmə mövqeyindəyik. Buna baxmayaraq, həm yarımmüdafiəçi, həm də hücumçu mövqeyinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu bizim hansı məqsədlər uğrunda mübarizə apardığımızı anlamalıdır.
- “Qarabağ” Reynaldo Silvanı qaytardı, Riçard Almeydanın dönüşü üçün də danışıqlar yekunlaşmaq üzrədir. Bu transferlərdən sonra çempionluq mübarizəsinin "Neftçi" üçün daha çətin olacağını düşünmürsünüz?
- Əlbəttə, hər ikisi komandanın əldə etdiyi çox güclü ifutbolçulardır. Hamı bilir ki, onlar əvvəllər çıxış etdikləri vaxt “Qarabağ” çox yaxşı oyun sərgiləyib. Digər tərəfdən, ötən müddət ərzində gördüyümüz işlərə görə şadıq. Komandamız hələlik çempionatda liderdir. Əlbəttə, “Neftçi”ni gücləndirə biləcək yeni oyunçular tapsaq, sevinərik. Bunun üçün zamanımız var.
- “Neftçi” ölkə kubokunda mübarizəni dayandırdı, çempionatda isə ikinci sıradakı “Qarabağ”dan cəmi 3 xal öndədir. Hətta, belə bir vəziyyətdə mətbuatda komandadan gedəcəyinizə dair xəbərlər də çıxırdı. Bu amillər sizdə psixoloji gərginlik yaratmır?
- Əvvəlcə, komandanı tərk edəcəyimlə bağlı şayiələrin haradan çıxdığını bilmək istərdim. Bu, sizin fikrinizdir?
- Xeyr, mətbuatda yazılıb...
- Bu, bizi qətiyyən maraqlandırmır. İşimizə köklənmişik və komanda birinci yerdədir. Çempionluq yarışına gəlincə, çətin olacaq. Qarşıda iki dövrə var. Bundan sonra da ciddi şəkildə hazırlaşacağıq.
- Xorvatiyalı müdafiəçi Slavko Braliçin də komandadan getməsi gündəmdədir...
- Karikari ilə eyni durumdur, bir neçə təklifləri var. Onun seçimini gözləyirik.
- Komandanız Bakıdakı toplanış dönəmində yoxlama matçı keçirmədi, Antalyada isə cəmi 3 oyun planlaşdırmısınız. Sınaq görüşlərinin azlığı çempionatda sizə çətinlik yaratmayacaq?
- Rəqiblərin hazırlıq planına nəzər salmalı olduğumuzu düşünmürəm. Bizim öz proqramımız var və 3 yoxlama matçını tamamilə yetərli hesab edirəm.
- Əvəzedici heyətdən oyunçu götürmüsünüz?
- Bəli, əvəzedici heyətdən bir neçə oyunçunu əsas komandanın hazırlıq prosesinə cəlb etmişik. Ehtiyac duyduğumuz mövqelərə uyğun olaraq, hazırlıq dönəmində bizə kömək edirlər. (report.az)
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə