“Avro-2012”nin Almaniyaya qarşı keçirilmiş yarımfinal oyunun qəhrəmanı olan İtaliya millisinin hücumçusu Mario Balotelli vurduğu iki qolu anasına həsr etdiyini deyib.
Qol.Az-ın məlumatına görə, oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu bildirib: “Almaniyayla oyunda əvəzləndikdən sonra tribunada oturan anama yaxınlaşaraq dedim: “Bu qolları sənə həsr edirəm”. Mənim anam artıq cavan deyil. Ona bu yarışa gəlib mənim matçımı izləmək asan deyildi. Amma o bunu etdi. Mən onu sevindirmək üçün bu məqamı çoxdan gözləyirdim. Atam isə Kiyevdəki final oyununa gələcək”.
Balotelli daha sonra əlavə edib: “Doğmalarımın, yaxınlarımın və dostlarımın bu oyuna gəlməsi mənə əlavə güc verdi. Çalışacağam ki, “Avro-2012”nin ən yaxşı bombardiri olum. Futbolda məqsədə doğru bəzən addımbaaddım irəliləyirsən, amma bəzən buna nail olmursan. Bəzən isə istədiyini elə ilk anda əldə edirsən. Mən öz qollarımı gözəl ötürmələrdən sonra vurdum. Kassanonun ötürməsi sadəcə fantastika idi, Montolivonun ötürməsi də həmçinin”.
Balotelli hər iki qolu vurmasını qeyd edəcəyini söyləyib: “Çünki bu qollar çox vacib idi və bizə kömək etdi”.
Balotelli ikinci hissədə yüngül zədə aldığını da vurğulayıb: “Amma bu zaman məşqçiyə dedim ki, hələ daha beş dəqiqə oynamağa hazıram. Bu müddətdə isə o, yeni əvəzetmə hazırladı”.
Balotelli bu çempionatdan sonra İtaliya A seriyasında oynamağı düşünmədiyini vurğulayıb: “Mançester Siti”nin fanatları, ingilisləri “Avro-2012”də məğlub etməyimizə baxmayaraq, məni çox sevirlər”.
Balotelli qeyd edib ki, dünənki gün onun həyatında ən möcuzəli gün olub: “Amma inanıram ki, bu bazar günü daha yaxşı bir gün olacaq. Əlbəttə, İspaniyanı məğlub edəcəyimizə inanıram. Biz bütün gücümüzü ortaya qoyacağıq. İndi isə bizə birinci növbədə dincəlmək, sonra oynamaq lazımdır. Unutmayın ki, biz İspaniyaya bu turnirdə qol vuran yeganə komandayıq. Sübut etdik ki, ispanlardan zəif deyilik. Ona görə də çempionluq uğrunda mübarizə aparacağıq”.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi