“Qarabağ”da 5 il işləmişəm. Ağdam camaatına, şəhərin özünə də yaxşı bələdəm. Orada futbolu çox sevirdilər. Ağdam, “Qarabağ” azarkeşləri həmişə digər azarkeşlərdən seçiliblər. O vaxtı Lvovun “Karpatı”, Xarkovun “Matallist”, Nalçikin “Spartak” klubları SSRİ çempionatının oyunlarını keçirmək üşün Ağdama gəlirdilər. Bunlar isə elə-belə klublar deyildi. Hazırda hamısı Ukrayna və Rusiyanın yüksək liqalarında oynayırlar. Ağdamda keçirdiyim son günləri də yaxşı xatırlayıram. O zamanlar artıq müharibə gedirdi. Təsəvvür edin, döyüş gedə-gedə futbol oynayırdıq. Yadımdadır, son oyunumuzu 1993-cü ildə kubokda “Turan” a qarşı keçirdik. Hətta həmin qarşılaşmadan sonra iki gün orada da qaldıq və sonra şəhəri tərk etdik. Bir müddət sonra isə eşitdik ki, artıq Ağdam işğal olunub”. Bu sözləri Qol.Az-a Ağdam təəssüratlarını bölüşən “Qarabağ”ın sabiq baş məqşçisi Ağasəlim Mircavadov deyib. Mütəxəssis uzun fasilədən sonra “Qarabağ”ın yenidən doğma bölgəyə səfərinə və “İnter”lə oyuna da münasibətini bildirib: “16 ildən sonra yenidən doğma torpaqda oyuna çıxmaq əlamətdar hadisədir. Məsiliyyəti də böyükdür. Ona görə də “Qarabağ” belə bir gündə heç vaxt oyun uduzmaq istəməz. Hər iki tərəf üçün çətin olacaq. “İnter”i bir qədər rahat saymaq olar, çünki “Qarabağ”dan fərqli olaraq onların kubok matçları ağır keçməyib və Xodukinin komandası elə də çox güc itirməyib. Məncə bu matç çempionluğun da taleyinə böyük ölçüdə aydınlıq gətirəcək”.
Tarixin 70-cisi
"Sabah" "Qəbələ"yə qarşı
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır