Mbappe "Real"ın həkimlərinə etibar etmir

Mbappe "Real"ın həkimlərinə etibar etmir
DÜNYA FUTBOLU 9 Mart 2026 / 17:00 331
-  A +

"Real"ın hücumçusu Kilian Mbappe dizi sağalana qədər meydana çıxmaq fikrində deyil.

QOL.az "Cadena SER"ə istinadən xəbər verir ki, bir müddətdir ki, zədəli olan futbolçu fransalı mütəxəssislərlə məsləhətləşmək üçün ölkəsinə yollanıb. Onun "Real"ın həkimlərinə olan inamını itirdiyi bildirilir.

Son bir neçə oyunu buraxan Mbappe bu mövsüm bütün yarışlarda 33 oyunda meydana çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 


Son xəbərlər
topaz banner