İngiltərə millisinin hücumçusu Ueyn Runi komandasının "Avro-2012"dəki şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu İngiltərə millisini məğlub etməyin çox çətin olduğunu bildirib:
"Hazırda özümü çox yaxşı hiss edirəm və İtaliya oyuna qədər tam hazır olacağam. Əgər Avropa çempionu olmaq istəyirsənsə, turnirin ən yaxşı komandalarına qarşı oynamalısan. İtaliya da bizim üçün çətin rəqibdir. Ancaq bu oyuna ciddi hazırlaşmışıq. İtaliyanı məğlub edəcəyimizə inanıram.
Turnirin favoritlərinə gəlincə isə İspaniya və Almaniya yığmalarının adlarını çəkə bilərəm. Onlar həqiqətən də güclü rəqiblərdi. İspanlar çox fərqli oyun nümayiş etdirirlər. Almanlar isə daha intizamlı komanda təsiri bağışlayır. Lakin biz də özümüzə güvənirik və Avropa çempionu olmağımıza maneçilik törədəcək bir səbəb görmürəm. Düşünürəm ki, İngiltərə millisini məğlub etmək çətindir".
Qeyd edək ki, İngiltərə - İtaliya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı