Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunu keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
A qrupundan sürpriz şəkildə 1/4 finala yüksələn Yunanıstan millisi "ölüm qrupu"nun qalibi Almaniya ilə üz-üzə gəlib. Son Avropa çempionatının finalçısı olan almanlar bu görüşün əsas favoriti hesab olunurdular.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan almanlar ikinci hissədə daha 3 dəfə fərqlənib - 4:2. Bu qələbə sayəsində Almaniya millisi yarımfinala yüksələn ikinci komanda olub.
Qeyd edək ki, Almaniya yığması yarımfinalda İngiltərə - İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
22 iyun
"Avro-2012"də 1/4 finalın görüşləri
Almaniya – Yunanıstan - 4:2
Qollar: Lam, 39 (1:0), Samaras, 55 (1:1), Xedira, 61 (2:1), Kloze, 68 (3:1), Reus, 74 (4:1), Salpinqidis, 89 (4:2)
Baş hakim: Damir Skomina (Sloveniya)
Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq, Xedira, Şvaynştayger, Məsut Özil, Şürle (Müller, 67), Reus (Qötze, 80), Kloze (Qomez, 80)
Yunanıstan: Sifakis, Maniatis, Tzavellas (Fotakis, 46), Papadopoulos, Torossidis, Papastatopoulos, Makos (Liberopoulos, 72), Ninis (Gekas, 46), Katsouranis, Samaras, Salpinqidis
23 iyun
İspaniya – Fransa
Baş hakim: Nikola Rissoli (İtaliya)
24 iyun
İngiltərə - İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya)
21 iyun
Çexiya – Portuqaliya - 0:1
Qol: Ronaldo, 79 (0:1)
Baş hakim: Hovard Uebb (İngiltərə)
Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş
Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı