Ukraynalı futbol azarkeşləri macarıstanlı referi Viktor Kaşşainin “Vikipediya”dakı səhifəsinə hücum ediblər.
Buna Kaşşainin Avropa çempionatının qrup mərhələsinin son turunda Ukrayna yığmasının İngiltərənin qapısına vurduğu qolu hesaba almaması səbəb olub.
Görüşdən dərhal sonra “Vikipediya”nın Ukrayna dilində olan saytında hakimin amansızlıqla qətlə yetirilməsi, habelə, onun qeyri-ənənəvi seksual orientasiyaya malik olması barədə məlumat yerləşdirilib. Sayt adminləri ilkin mətni bərpa ediblər. Lakin inadkar fanatlar xəbəri yenidən əlavə ediblər.
“Vikipediya”nın ingilisdilli səhifəsində isə Kaşşainin ukraynalı fanatların əli ilə öldürülməsi və meyitinin itlər tərəfindən məhv edilməsinə dair xəbərlər yer alıb. Bu xəbər də 15 dəqiqədən sonra çıxarılıb. Rusdilli səhifədə isə hakimə “Kor”, “London fahişəsi” kimi epitetlər qoşulub və o, qeyri-müəyyən müddətə “istefaya göndərilib”.
Qeyd edək ki, İngiltərə ilə oyunun 62-ci dəqiqəsində macarıstanlı baş hakim Viktor Kaşşai ukraynalı Marko Deviçin vurduğu təmiz qolu hesaba almayıb. Con Terri topu qapı xəttinin tam içərisindən çölə çıxarsa da, qapı arxasındakı hakim bunu görməyib. Bütün oyun ərzində hücum futbolu sərgiləməsinə baxmayaraq, Ukrayna nəinki qələbəyə, hətta heç-heçəyə də nail ola bilməyib. Əvəzində İngiltərə qrup lideri kimi ¼ finala yüksəlib.
Xəbər: Lent.az
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı