Avropa çempionatında iyunun 8-dən başlayan gərgin qrup mübarizəsi yekunlaşdı. Bu gün çempionatda 24 saatlıq fasilədir. Tufanqabağı sakitlik. Dörd qrupa ayrılmış 16 komanda 12 gün ərzində 24 oyun keçirdi.
Keçirilən bütün oyunlarda (gecə yarı bitən D qrupunun oyunlarını nəzərə almırıq) qapılara 57 qol vuruldu. Bu oyunların heç birində qapılar toxunulmaz qalmadı. Bu da o deməkdir ki, Avro-2012-də indən sonrakı bütün matçlar “uduzan çıxır” prinsipi ilə keçiriləcəyindən qalan bütün oyunlarda da qapılarda mütləq qol görəcəyik.
Çempionatın qrup mərhələsində bəlkə də bütün oyunlar istədiyimiz kimi “qırğın” olmadı. Amma bu çempionatın zəif hesab edilən A qrupunda (Rusiya, Polşa, Çexiya və Yunanıstan) da intriqa və oyun tempi o qədər yüksək oldu ki, ekran qarşısında mürgüləmədik...
Qrup mərhələsi on milyonlarla azarkeşi sevindirdiyi kimi on milyonları da məyus etdi. Hollandiya kimi ənənəvi futbol ölkəsinin milli komandasının bu çempionatı çox zəif İrlandiya kimi xalsız tərk etməsi Avro-2012-nin ilk sensasiyası oldu. Rusiya millisi çempionata darmadağınla - çexləri 4:1 məğlub etməklə başlasa da iddiaçılar sırasından çıxarıldı. Onlara uduzan Çexiya millisi sürpriz şəkildə bu qrupun lideri oldu. Bukmeyker kontorlarının autsayder kimi göstərdiyi Yunanıstanın ikinciliyi də gözlənilməz idi... Polşa komandası çempionatı erkən tərk etdi. Robert Levandovski hələ daha yaxşı oyun göstərə bilərdi...
Danimarkanı və onun ulduz oyunçularını da (Denis Rommedal, Mikael Kron-Deli və Niklas Bendtner) qeyd etmək lazımdır. Çempionatda keçirdikləri hər üç oyunda xarakter nümayiş etdirdilər. Almanlar isə azarkeşlərinə 100 faizli nəticə bəxş edib (3 oyunda 3 qələbə, 9 xal) çempionluq iddiasını pley-off mərhələsindən də əvvəl ortaya qoydu. Almaniya qrup mərhələsinin çempionu oldu. Bu çempionatın ən parlaq oyunçusu da deyəsən, Almaniyanın düşərgəsindədir: Mario Qomez. Rəqib qapısından 3 top keçirən (almanlar üç oyuna cəmi 5 qol vurub) hücumçunun çempionatın ən sərrast oyunçusu olmağa real imkanları var.
Kriştian Ronaldo hollandların qapısına vurduğu 2 qolla Portuqaliyanı “ölüm qrupu”ndan birtəhər xilas etdi. Onu da pley-offda meydanda görəcəyik.
Xorvatiyanın bu çempionatda yolunu İspaniya bir qol vurmaqla kəsdi. Heyf, xorvatların hücumçusu Mario Mandzukiç əla oynayırdı, hesabında da üç qol vardı. Çempionatın ən parlaq hücumçuları sırasında onun da adı unudulmayacaq.
İtaliya davam edəcək... Mario Balotellinin İrlandiyaya vurduğu gözəl qolun davamının gəlməsi gərək. İtaliyasız çempionat maraqsız olardı...
D qrupunda oyunlar gecəyarı bitdiyindən hesablardan xəbərsizik. İsveç istənilən halda növbəti mərhələyə çıxmayacaqdı. Komandanın əsas hücumçusu Zlatan İbrahimoviç çempionatda öz sözünü deyə bilmədi. Daha doğrusu, belə dedi: “Mənim heç vecimə də deyil ki, çempion hansı komanda olacaq”.İbrahimoviçi başa düşmək olar...
Bu qrupda Runini və İngiltərəni növbəti mərhələdə görməyə daha çox ümidliyik. Bu qrupun ikincisi iyunun 23-də İspaniya ilə qarşılaşacaq, birinci yeri tutan komanda isə iyunun 24-də İtaliyanı sınağa çəkəcək.
...Stadionlarda bu gün sakitlikdir. Tufanqabağı sakitlik. Sabah isə...
Nazim SABİROĞLU
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər