"Qələbə qazandığımız üçün çox şadıq. Bu, bizim əsas vəzifəmiz idi. Üstəlik İrlandiyanı böyük hesabla məğlub etməli idik ki, bunu da bacardıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske İrlandiya ilə oyundan sonra (4:0) keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Xorvatiya ilə oyunda da yalnız qələbəyə oynayacaqlarını bildirib: "Mən bütün futbolçularıma güvənirəm. Fabreqas ilk oyunda meydanda idi və qolunu da vurdu. Bu dəfə isə həm Torres, həm də Fabreqas fərqləndi. Komandada olan 23 futbolçunun hamısı yaxşı formadadır.
Bizə daha çox hücumçu lazımdır ki, komandada bu məsuliyyəti də üzərinə götürəcək futbolçular çoxdur. Artıq növbəti oyun haqda düşünmək olar. Xorvatiyaya qarşı da yalnız qələbə üçün oynayacağıq. Burada hansısa danışılmış oyundan, yəni, heç-heçədən (2:2) söhbət gedə bilməz".
Qeyd edək ki, növbəti turda baş tutacaq İspaniya - Xorvatiya matçı 2:2 hesabı ilə başa çatacağı təqdirdə, qrupun digər görüşündə İtaliya millisi 1/4 finala yüksəlmək üçün İrlandiyanı ən azı 3 top fərqi ilə məğlub etməli olacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı