"Bu oyun bizim üçün çox çətin keçdi. İlk hissə azarkeşlər üçün də maraqsız alındı. Lakin ikinci hissəyə yaxşı başlayaraq hesabı açdıq. Təəssüf ki, Ukrayna millisi az sonra hesabı bərabərləşdirdi ki, bu da onlara əlavə ruh yükəkliyi gətirdi. Matçın sonlarında hesaba tarazlıq gətirə bilərdik. Lakin ələ düşən imkanlardan yararlanmağı bacarmadıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri İsveç millisinin baş məşqçisi Erik Hamren Ukrayna ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.
E.Hamren bu oyunda bütün futbolçularının eyni səviyyədə çıxış etmədiyini bildirib: "Ukrayna millisi heç bir sürprizə imkan vermədi ki, bu da məni məyus etdi. Onlar necə lazımdırsa, elə də oynadılar. Komandada olan 11 futbolçunun hamısı eyni səviyyədə çıxış etmədi. Çünki biz top komanda deyilik. Komandada cəmi 5-6 futbolçu özünü yaxşı tərəfdən göstərə bildi. Üstəlik biz Ukrayna millisinin oyununu düzgün təhlil etmədik. Açığını deyim, mən komandamdan daha yaxşı oyun gözləyirdim".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı