Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa çempionatının gedişatıyla bağlı Qol.Az saytına müsahibə verib
- Dünən iki nəhəng komanda – İspaniya və İtaliya milliləri arasındakı görüşün bir qədər sönük keçməsinin səbəbini nədə görürsüz?
- Tam olaraq sönük keçdiyini söyləmək olmaz. Bu iki komanda mundialdan öncə yoldaşlıq görüşlərində çox pis təsir bağışlamışdılar. Xüsusilə İtaliya yığmasının Rusiyaya böyükhesablı məğlubiyyətini yada sala bilərəm. Lakin dünənki qarşılaşmada İtaliya başqa bir futbol oynadı. Onların komanda oyunu nümayış etdirməsini və cənfəşanlıqlarını xüsusi vurğulayardım. Matçın ən ədalətli nəticəsi elə heç-heçə idi.
- Sürətli və kombinasiyalı oyun nümayiş etdirən İspaniya gözlənilənlərin əksinə zəif çıxış etdi. Ola bilərmi ki, nominal hücumçunun olmaması öz sözünü dedi?
- İspaniya millisinin zəif çıxış etməsi və hücumda dişsiz olmasıyla bağlı fikirlə razıyam. Onların ən böyük problem də elə bu idi. Komanda “Barselona”nın oyun üslubundan və taktikasından istifadə edirdi. Lakin unutmaq lazım deyil ki, “Barselona”da Messi kimi, futbolçu var. Messi kimi bir oyunçu istənilən qarşılaşmada çox şeyi dəyişir. Lakin dünənki İspaniyada Messi kimi oyunçu yox idi. Ona görə də, İspanlar meydançada yeriyirdilər. Ancaq fikir verdinizsə, Fernando Torresin meydançaya çıxmasından sonra İspaniya komandasında canlanma baş verdi. Həmçinin Navasın da komandaya sonradan qoşulması sürəti daha da artırdı. Torresin meydana çıxmasına qədər Sesk Fabreqas məcburiyyətdən hücumda oynadı. İnyestanı çıxmaq şərtiylə orta sahadə qalan bütün futbolçular zəif oynadılar.
- İspanların baş məşqçisi Visente del Boske belə zəif oynamaları meydança amiliylə əlaqələndirib. O deyib ki, meydança həddindən artıq quru idi.
- Meydança hər iki komanda üçün çətinlik yarada bilər. Deyə bilmərəm ki, quru idi, yoxsa yaş. Amma adətən, Avropada meydançanı oyunun başlamasına 10 dəqiqə qalmış sulayırlar. Hərçənd bunu uğursuzluqda əsas şərt kimi göstərmək düzgün deyil. Çünki taktiki gediş və altı orta xətt oyunçusunu meydana hücumçu kimi buraxmaq istənilən efekti vermədi.
- Bu gedişlə Avropa çempionatında İspaniya millisindən nəsə gözləməyə dəyərmi?
- Gəlin, 2010-cu il dünya çempionatını yada salaq. İspaniya komandası qrupda ilk oyunda İsveçrəyə 0:1 hesabıyla məğlub olmuşdu. Heç kim deyə bilməzdi ki, ispanlar bundan sonra dünya çempionu olacaqlar. Lakin gözlənilənlərin əksinə onlar bu titulu qazandılar. Ona görə də, ispanları siyahıdan silmək hələ tez olar.
- Bəs, dünən keçirilən daha bir oyun - Xorvatiya – İrlandiya matçı barədə fikirləriniz necədir?
- Xorvatlar artıq neçə ildi, Avropa və dünya çempionatlarında iştirak edir. Bu komandanın futbolçularının çoxusu Avropanın tanınmış klublarında oynayır. Dünənki Xorvatiya belə oyunla xeyli uzağa gedəcək. Xorvatlar çalışırdılar ki, bütün hücumları qapıya zərbəylə tamamlasınlar. Bu, müasir futbolda böyük amildir. Məhz buna görə onlarla qarşılaşan rəqiblər fikirləşməlidirlər ki, xorvatların hər bir futbolçusu istənilən vaxt uzaqdan qapıya zərbə endirə bilər. Onlar inamlı qələbə qazandılar.
- Xorvatların belə çıxışla finala qədər gedəcəyi fikriylə razısınız?
- Ümid hər zaman sonda ölür. Bir misal çəkmək istərdim. Kim inanardı ki, 2004-cü ildə Yunanıstan Avropa çempionu olar? Elə mən özüm də buna inanmırdım. Xorvatların çıxışı isə tamam başqa cürdür. Onlar orta xətti güclü olan hücumameyilli komandadır. Belə komandalardan hər şey gözləmək olar. Əgər Hollandiya qrupdan çıxa bilməsə, başqa sürprizlər gözləməyə dəyər.
- Qrupdan çıxmaq üçün daha çox hansı komandaların şansını yüksək hesab edirsiniz?
- İspaniya, Xorvatiya və İtaliya arasında iki yer uğrunda mübarizə çox gərgin gedəcək. Bəli, xorvatlar dünən qrupdan çıxmaq üçün bir addım irəli atdı. Lakin digər komandaların da irlandları məğlub edəcəyi gözlənilr. Buna görə də hər üç komandanın qrupdan çıxmaq şansı böyükdür.
Əli HƏYATİ
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı