Fransa millisi "Barselona" üslubuna keçir

Fransa millisi "Barselona" üslubuna keçir
AVRO-2012 10 İyun 2012 / 18:55 3284
-  A +

Fransa milli komandasının baş məşqçisi Loran Blan Kataloniyanın "Barselona" klubunun oyunun üslubunun müasir futbola fayda verdiyini deyib.

Qol.Az-ın "L'Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Fransa millisinin də "Barselona" kimi oynaması çətindir: "Çünki bizdə "Barselona"dakı kimi həmin oyunun mahir ifaçıları yoxdur. Amma bizim futbol fəlsəfəmiz ondan ibarətdir ki, "Barselona"nın oyun üslubuna yaxınlaşa bilək".

Blan bu gün İngiltərədə bəzi klubların "Barselona" kimi oynamaq istədiklərini söyləyib: "Barselona"nın təsiri çoxdur".  

Son xəbərlər