Varşavanın “National Arena”sında futbol üzrə Avropa çempionatının açılış törəninə baxmayanlara indi quru cümlələrlə nəyisə anlatmaq çətindir. Onlar bəlkə də açılışa baxmamaqla heç nə itirmədilər. Amma bir neçə dəqiqə sonra həmin stadionda başlayan Polşa-Yunanıstan oyununu əldən buraxdılarsa, buna çox təəssüf... Futbol adına nə vardısa, bu oyunda hamısını gördük. İspaniyalı hakim Karlos Velasko Karbolya Avropa çempionatındakı debütündə bütün kartları ortaya qoydu: sarı vərəqə, sonra qırmızı vərəqə, sonra yenə sarı vərəqə, sonra yenə qırmızı vərəqə, nəhayət, 11 metrlik zərbə...
Mənə elə gəldi ki, ispan hakim bu oyunun həyəcanını cibindəki kartları futbolçulara “paylamaq”la çıxarmaq istədi və səhvlərə yol verdi.
44-cü dəqiqədə Papastatapulosa mübarizə vəziyyətində gərəksiz ikinci sarı kart (sonra qırmızı) göstərən hakim bu səhvini polyak oyunçunun öz cərimə meydançasında əllə oyununu “görməməklə düzəltdi”. Buna etiraz edən yunan Xolebasa yersiz verilən sarı vərəqəni Polşanın qapıçısı Şesnini oyundan çıxarıb penalti təyin etməklə “kompensasiya” etdi.
Hakimliklə bağlı dünənki yazılarda ən maraqlı rəyə Rusiya mətbuatında rast gəldim. Sport.ru şərhçiləri yazır ki, Karbolya Polşa publikasının xoşuna gəlmək üçün hər şeyi etdi (ruslar Salpinqidisin qolunu nəzərə alınmamasını da xatırladırlar). Amma hakim etdikləri ilə polyakların da rəğbətini qazanmadı.
Polşa gözlənildiyindən zəif oynadı. Komandanın Dortmund “Borussiya”sından gələn möhtəşəm üçlüyü - Lukaş Pişek, Yakub Blaşikovski və Robert Levandovski ilk hissədə (çempionatın ilk qolunu Levandovski 17-ci dəqiqədə vurdu) istənilən oyunu ortaya qoya bilmədi. İkinci hissədə isə Levandovski də zəif göründü. Başqalarını deyə bilmərəm, Avro-2012-nin ilk oyunu hakimin səhvlərinə tez-tez müdaxilələrinə baxmayaraq çox gərgin və maraqlı keçdi. Nəticə də oyuna görə sayıla bilər - 1:1.
A qrupundakı digər oyun - Rusiya-Çexiya matçı da maraqlı, baxımlı, ən əsası bol qollu oldu (qolları Rusiyadan Dzaqoyev (15, 79), Şirokov (24) və Pavlyuçenko (82), Çexiya yığmasından isə Pilarj (52) vurublar). Baxmayaraq ki, bu oyunda ingilis Qordon Uebb bir sarı vərəqə də göstərmədi. Rusiya futbolunu yaxşı bilən holland çalışdırıcı Dik Advokat normal komanda yarada bilib. Avropa klublarından yanıqlı və üzüqara qayıdan Arşavin və Kerjakov kimi oyunçular var gücləri ilə oynadılar ki, yenə diqqət çəksinlər.
Milliyyətcə osetin olan Alan Dzaqoyevin oyunu mənə xoş gəldi. Onu 2009-cu ildə Rusiya millisinin Bakıdakı oyununda da görmüşdüm. 1990-cı il doğumlu bu futbolçu həqiqətən də ürəklə oynayır. Elə Rusiya şərhçiləri də həmin gün onu xeyli təriflədilər.
Heyf ki, rus millisinin heyətində azərbaycanlı Aleksandr Səmədov olmadı. Güləşdə və bir sıra idman növlərində rusların yerini tədricən müsəlmanlar tutur. Bu yaxşı haldır. Rasist deyiləm, amma bəlkə bir gün Rusiyanın futbol yığmasının tərkibində də müsəlmanlar çox oldu. Onda bəlkə Rusiya belə yaxşı oynayanda heç olmasa ürəkdən sağ ol deyə bildik.
Ruslar bu qrupda liderliyi çətin əldən verələr. Çexiyaya gəldikdə isə bu komanda çox zəif oyunla qrupdan çıxıb ancaq evə gedə bilər. Bircə yazıq oldu qapıçı Çexə. Çempionlar Liqasının son qalibi o boyda Çexə...
Bu qrupda növbəti oyunlar iyunun 12-də keçiriləcək. Həmin gün Yunanıstan-Çexiya (saat 21:00), Polşa-Rusiya (saat 23:45) qarşılaşmaları baş tutacaq.
Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər