Almaniya millisinin hücumçusu Tomas Müller dünən “Avro-2012”də Portuqaliyaya qarşı keçirilən oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, o, milli komandalarının istənilən səviyyədə oynamaması barədə fikirlərlə razılaşmayıb.
- Çətin bir qələbə oldu. Rəqib əla və çoxluqla müdafiə olunurdu. Hücumda da yaxşı oyun sərgilədilər. Razıyam ki, oyunun sonlarında bizim bəxtimiz gətirdi. Əsas odur, biz turnirə qələbəylə başladıq. Qomesin qoluna qədər biz rəqibə fərqlənmək üçün imkan yaratmadıq. Oyunun sonları isə bizə yaxşı dərs oldu. Bəxt bizim tərəfimizdə idi. Digər komandalar belə arxayınlığa görə cəzalandırıla bilər. İndi bizim vəzifəmiz tez bir zamanda gücümüzü bərpa etməkdir. Turnir çox sürətlidir. Artıq bir həftədən sonra qrup mərhələsinin matçları başa çatır.
- Növbəti turda sizi hollandlarla oyun gözləyir. Bu gorüşdə köhnə tanışlarınızla - Robben, van Bommellə üz-üzə gələcəksiniz... Bu, oyuna hansısa təsirini göstərəcək?
- Bəli, biz tanışıq. Onlar əla futbolçulardır. Amma nə olsun? Çox futbolçu bir-biriylə tanışdır, nə vaxtsa bir-yerdə oynayıb. Hər bir komandanın öz vəzifəsi var. Hollandiya hücumda çöx təhlükəlidir. Biz onları zərərsizləşdirmək haqda fikirləşəcəyik.
- Sizin fikrinizcə, Almaniya çempion kimi oynayır?
- Siz bununla nə demək istəyirsiniz? Əsas çempion kimi oynamaq deyil, çempion olmaqdır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı