Tofiq Bəhramov adına Respublika stadionu sentyabr ayına kimi tam təhvil veriləcək.
Arenanın direktoru Akif İsmayılovun açıqlamasına görə, stadionda işlər tam sürətlə aparılır: “Bütün gücümüzlə çalışırıq ki, işlər sona yetsin. Hazırda əsas işmiz stadionun ot örüyü başa çatdırmaqdır. İnşallah, bunu da mövsüm başlamamışdan öncə tamamlayacağıq”.
Arenanın yenidən qurulmasında ən çətin iş hesab olunan stadionun üstünün bağlanması işləri başa çatmışdı. Ərazidə işləyən işçilərin sözlərinə görə, bir həftəyə oturacaqların yerlərinə bərkidilməsi də sona çatacaq. Bunun üçün onlar bütün günü işlədiklərini bildiriblər.
Arenada xüsusi qonaqlar üçün nəzərdə tutulmuş şüşəli yerlər də var. Ərazidə işləyən işçilərin sözlərinə görə, bu şüşələr xüsusi olaraq xaricdən gətirilib: “Bizdə olan məlumata görə, bu şüşələr gülləkeçirməzdir. Bu yerlər xüsusi olaraq gələcək qonaqlar üçün nəzərdə tutulub. Artıq içəridə işlər sona çatmaqdadır. Bəzi xırda-para işləri də nəzərə almasaq, bu otaqlar da yaxın 10-15 günə təhvil veriləcək”.
Xatırladaq ki, 2011-ci ilin iyul ayında Prezident İlham Əliyev stadionun əsaslı təmiri və yenidən qurulması üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayırmışdı. Həmin ilin oktyabr ayından Tofiq Bəhramov adına Respublika Stadionu təmirə dayanmışdı.
Stadionda təmir işləri başa çatdıqdan sonra, FIFA-nın U-17 Qadınlararası Dünya Çempionatının açılışı və final oyunları məhz burada keçiriləcək. U-17 Qadınlararası Dünya Çempionatı sentyabrın 22-də start götürəcək, oktyabrın 13-də sona çatacaq. Çempionatda 16 ölkənin millisi iştirak edəcək.
Xəbər: Ann.az
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?