Futbol üzrə 2012-ci il Avropa çempionatında Polşa ilə açılış matçındakı hakimlik Yunanıstan tərəfinin narazılığına səbəb olub.
Yunanıstan Futbol Federasiyasının prezidenti Sofokis Pilavios ispaniyalı referi Karlos Velasko Karbalyonun işini tənqid edib.
O, deyib: “Bütün Yunanıstan, bütün Avropa polşalı futbolçunun öz cərimə meydanlarında əllə oynadığını gördü. Lakin penalti təyin olunmadı. Aydındır ki, artıq heç nəyi düzəltmək olmaz. Lakin referinin oyunu məhv etdiyini və meydan sahiblərinin xeyrinə idarəçilik etdiyini deməliyəm. Bu, Avropa çempionatıdır. Belə turnirlərdə hakimlərin işi daha keyfiyyətli olmalıdır”.
44-cü dəqiqədə meydandan qovulmuş müdafiəçi Sokratis Papastopulos isə Karbalyonu belə nüfuzlu yarışda oyun idarə etməyə layiq saymayıb: “Hakim səhvə yol verdi və oyunumuzu alt-üst etdi. Hamının gözü var. Karbalyonun bu epizodda nə gördüyünü bilmirəm. O, oyunun mənfi qəhrəmanı oldu. Avropa çempionatlarında Karbalyo kimi hakimlər olmamalıdırlar”.
Qeyd edək ki, Karlos Velasko Karbalyo Sokratis Papastopulosu öz cərimə meydançalarında polşalı futbolçu Rafal Muravskini guya əllə bilərəkdən tutması səbəbindən qovub. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Xəbər: Lent.az
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı