Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Almaniyaya qarşı sabah keçiriləcək “Avro-2012”nin oyunu ərəfəsində bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, Ronaldo jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
- Oyun ərəfəsində əhvalınız necədir? Əsəbləriniz yerindədir?
- Mən ümumiyyətlə, narahat deyiləm. Ola bilər, sabah bir qədər əsəbi olam. İndi isə belə bir şey yoxdur. Çempionatdakı mühitdən böyük zövq almağa çalışacağam.
- Siz son vaxtlar 11 metrlik zərbələri dəqiq yerinə yetirə bilməməsiniz. Bu mənada, millidə hələ də ştatlı penalti vuran kimi qalırsınızmı?
- Əlbəttə. Mən özümdən hər zaman arxayın olmuşam.
- Sizinlə “Real”da Almaniya millisini futbolçuları olan Özil və Xedira da oynayır. Onlar haqda nə düşünürsünüz?
- Almaniya çox təhlükəli rəqibdir. Mən onlarda bir dənə də olsun zəif nöqtə görmürəm. Almaniya favoritdir. Özül və Xediranı yaxşı tanıyıram. Əhsən bu futbolçulara. Amma məncə, Avropa çempionatı kimi qısa müddətli turnirlərdə komandanın fiziki hazırlığı daha önəmli rol oynayır. Bu mənada, bizim şansımız çoxdur.
- Tomas Müllerdən soruşdular ki, dünyanın ən yaxşısı futbolçusu kimdir, Messi? O, sualdan qaçdı. Siz bu haqda nə düşünürsünüz?
- Bu sual nəyə lazımdır. Axı, Avropa çempionatı vaxtı, Messinin bu məsələyə nə dəxli var?
- Hamı bilir ki, siz Messidən və bu turnirdəki bütün futbolçulardan güclüsünüz! – deyə jurnalistlərdən biri replika atır. Ronaldo buna cavabında yalnız gülümsənməklə kifayətləndi.
- Əgər real qiymətləndirsək, Portuqaliya bu turnirdə nə edə bilər?
- 2004-cü ildə komandamız finala çıxmışdı. 2006-cı ildə də pis çıxış etmədi. Nəyə görə, indi birinciliyə iddia etməyək? Biz sürpriz etməyə qadirik.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı