Kollina İspaniya millisiylə görüşdü: "Hakimlər sizin düşməniniz deyil"

Kollina İspaniya millisiylə görüşdü: "Hakimlər sizin düşməniniz deyil"
AVRO-2012 8 İyun 2012 / 12:50 2300
-  A +

"Avro-2012"də hakimlərə kuratorluq edəcək Pyerluici Kollina İspaniya millisinin düşərgəsinə gələrək onlarla söhbət aparıb.

Qol.Az-ın məlumatına görə, o, oyunçularla mövcud futbol qaydaları haqda bir daha məlumat verib.

"Siz feyr-pley prinsiplərinə sadiqliyinizi qoruyub saxlamalısınız. Hakimlər sizin düşmənləriniz deyil. Qeyri-idman hərəkətləri cəzalandırılacaq. Məsələn, dirsəklə, başla və arxadan zərbəyə görə vərəqələr veriləcək. Bir də onu diqqət yetirin ki, cərimə meydançasında futbolçuların maykasından tutmaq olmaz, yoxsa buna görə penalri təyin ediləcək" - deyə Kollina futbolçulara bildirib.

 

Son xəbərlər