Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Avro-2012”də ölüm qrupunda Almaniyaya qarşı iyunun 9-da keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına müsahibəsində o, “Avro-2008”də Almaniyaya uduzduqlarını xatırladaraq qarşıdakı görüşə “qisas matçı” kimi baxmadığını deyib: “Ümümiyyətlə, mən futbolda “qisas” ifadəsiylə razı deyiləm. Burada qisas olmur. Çünki bu, savaş deyil, adi futbol oyunudur”.
Ronaldo qrupdan çıxmaq üçün Almaniyanı məğlub etməyin şərt olduğunu söyləyib. Onun sözlərinə görə, qələbə qazanmaqla turnirə daha yaxşı köklənmək istəyirlər.
“Avro-2012”də ən çətin qrupa düşdüklərini deyən Ronaldo yarışa ciddi hazırlaşdıqlarını vurğulayıb: “Almaniya, Hollandiya və Danimarka kimi komandalarla qarşılaşacağıq. Bütün oyunlar çətin keçəcək. Ancaq mən Portuqaliyanın uğur qazanaraq yoluna davam edəcəyini düşünürəm”.
Portuqaliya millisinin kapitanı olduğu üçün Madrid “Real”ındakı yüksək səviyyəli oyununu yığmada göstərə bilməməsiylə bağlı tənqidlərə toxunan Ronaldo həmin fikirlərlə razılaşmayıb: “Mən karyeramda bir neçə komandanın kapitanı olmuşam. Portuqali millisinin də kapitanı olmağım isə mənə əlavə yük deyil”.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı