UEFA 2012-ci il Avropa çempionatının ilk turunda daha 4 oyunu idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Həmin hakimlərin arasında Türkiyənin tanınmış referisi Cüneyt Çakırın da adı var.
36 yaşlı baş hakim həmtəşkilatçı Ukrayna ilə İsveç yığmaları arasında iyunun 11-də keçiriləcək qarşılaşmaya təyinat alıb. Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda təşkil olunacaq D qrupunun oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Çakır baş hakimlər arasında hamıdan gənc olması ilə diqqət çəkir. Bu qrupun saat 21:00-da Donetskdəki “Donbass Arena”da başlanacaq Fransa – İngiltərə matçı isə italiyalı Nikola Ritsoliyə həvalə olunub.
İyulun 10-da keçiriləcək C qrupunun qarşılaşmalarına gəldikdə, Polşanın Qdansk şəhərindəki “PGE Arena”da son iki dünya çempionatının qalibləri İspaniya ilə İtaliya üz-üzə gələcək. Saat 21:00-da başlanacaq oyuna macarıstanlı referi Viktor Kaşşai təyinat alıb. Poznan şəhər stadionundakı İtaliya – Xorvatiya görüşü isə hollandiyalı Byorn Kuypersə tapşırılıb. Bu oyun isə saat 23:45-də başlanacaq.
Xəbər: Lent.az
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı