Ukrayna millisində şok: 10 futbolçu zəhərləndi

Ukrayna millisində şok: 10 futbolçu zəhərləndi
AVRO-2012 6 İyun 2012 / 12:04 3635
-  A +

"Avro-2012"nin iştirakçısı olan Ukrayna millisi dünən Türkiyəyə qarşı keçirilən yoxlama oyunundan (0:2) əvvəl xoşagəlməz hadisə ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, ukraynalıların baş məşqçisi Oleq Bloxin bildirib ki, oyundan öncə komandasının 10 futbolçusu zəhərlənib. Onun sözlərinə görə, bu səbəbdən əvvəlcə məşqçilər ümümiyyətlə, bu qarşılaşmaya çıxmaqdan imtina etmək istəyiblər. Lakin sonradan onlar fikirlərini dəyişiblər.

Qeyd edək ki, Bloxinin özünün də zəhərləndiyi bildirilib.

"Oyundan əvvəlki günün axşamı futbolçular bir qismi həkimə üz tutub. Amma vəziyyət düzəlməyib. Bu səbəbdən 10 futbolçunun hamısı Türkiyə ilə görüşdə iştirak edə bilmədi. Bu, diversiyadır, ya yox, deyə bilmərəm. Ən pisi odur ki, zəhərlənməyə konkret nəyin səbəb olduğunu müəyyənləşdirə bilmirik. Çünki futbolçuların hamısı eyni qidanı qəbul etməyiblər, fərqli-fərqli yeməklər yeyiblər. Belə hal mənim təcrübəmdə birinci dəfədir baş verir. Komandamızda ekstremal vəziyyət yaranıb. Biz bu durumdan çıxmalıyıq" - deyə Bloxin bildirib.

Qeyd edək ki, zəhərləndikləri üçün Taras Mixalik, Anatoli Timoşuk və Andrey Yarmelenkonun adı oyunun iştirakçıları sırasına salınmayıb, səhhətləri pis olan Andrey Voronin, Yevgeni Selin, Denis Qarmaş isə ehtiyatda oturub, daha dörd futbolçu isə meydana yaxşı vəziyyətdə çıxmayıb.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq