“XXIII turda hakimliyin idarəçiliyi normal idi. Turun mərkəzi qarşılaşmaları hesab olunan “İnter” - “Xəzər-Lənkəran”, “Qəbələ” - “Bakı” və “Simurq” - “Standard” oyunlarında referilər öz işlərinin öhdələrindən lazımınca gəldilər”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri XXIII turun oyunlarında hakimlərin idarəçiliyini dəyərləndirərkən, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
X.Məmmədov “İnter” - “Xəzər-Lənkəran” oyunundan sonra “bankirlər”in baş məşqçisi Valentin Xodukinin hakimliklə irəli sürdüyü ittihamlara da cavab verib: “Mən başa düşə bilmirəm, Xodukin hakimlərin idarəçiliyinə nəzarət edir, yoxsa öz komandasına? Anar Salmanov komandalara na mane oldu, nə də başqa bir şey. O öz işinin öhdəsindən layiqincə gəldi. Hakimlərin işini dəyərləndirən insanlar da referinin idarəçiliyini yaxşı qiymətləndiriblər. Biz nə vaxtsa deyirik ki, baş məşqçi hansısa əvəzetməni səhv etdi?”
AFFA Hakimlər Komitəsinin sədri bu mövsüm premyer-liqada rekord qıran Ceyhun Haşımovun idarəçiliyinə də münasibət bildirib: “Həqiqətən də Ceyhun işinin öhdəsindənm çox yaxşı gəldi. Aldığı 9 balla bu mövsüm premyer-liqada rekorda imza atdı. Hakimlikdə qiymətləndirmə belədir ki, 7 bal yaxşı, 8 lap yaxşı, 9 əla, 10 isə optimaldır. Ceyhun da işinin öhdəsindən əla gəldi”.
X.Məmmədov turun ən yüksək bal alan hakimi kimi, ən aşağı qiymət alan referisi haqda da danışıb: “Elvin Əsgərov 7,2 bala layiq görülüb. Mən sizə deyim ki, bu gün Elvin gənc hakimlərimiz arasında oyunu yaxşı başa düşən iki hakimdən biridir. Lakin Əsgərovun fiziki baxımdan problemi var. Onun artıq çəkisi var. Aşağı qiymət alması da məhz bununla bağlıdır. Mən onunla söhbət etmişəm və bildirmişəm ki, tezliklə bu problemi yoluna qoymalıdır”.
Sonda isə X.Məmmədov gənc hakimlər haqda da söhbət açdı: “Ötən tur Rauf Cabbarova premyer-liqada debüt etmək imkanı verdik. O işinin öhdəsindən gələ bildi. Növbəti turlarda da yenə gənc hakimlərə şans verəcəyik. İstəyirik müəyyənləşdirək ki, növbəti mövsümdən etibarən kimlərlə işləyəcəyik. Çünki hazırda Azərbaycan hakimliyində nəsildəyişmə prosesi gedir”.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi