Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Çoxları Andorra yığmasıyla yoldaşlıq görüşündə millimizdən qələbə gözləsə də, bunu bacarmadılar. Bu nəticə sizin üçün də sürpriz oldu?
- Oyuna baxa bilmədiyim üçün dəqiq nəsə demək olmur. Lakin bir iş var ki, hər bir oyunda nəticə qazanmağımız vacib amillərdəndir. Hər zaman demişəm ki, futbolu inkişaf edən ölkədə hansı turnir olursa-olsun, nəticəyə fikir vermək lazımdır. Nəticə yaxşı olan yerdə imicinin qalxmasıyla bərabər, rəqiblərin də səni tanıyaraq hörmət edirlər. Həmçinin də, səninlə yoldaşlıq görüşündən imtina etməsinlər. Bu, çox böyük amildir. Düzünü deyim ki, yığmamızın dünənki nəticəsi məni çox məyus etdi.
- Bu gün Andorra kimi dünya sonuncusu olan komandanı məğlub edə bilməməyimiz seçmə mərhələdə güclü rəqiblərə qapazaltı olacağımız anlamına gəlmir ki?
- Yoldaşlıq görüşüylə rəsmi oyunlar arasında fərq olur. Mən dünən İspaniya millisinin oyununu seyr etdim. İspanlar 4:1 hesabıyla qalib gəlsələr də, əvvəlki komandadan əsər-əlamət görmədim. Eləcə də, Rusiya - Litva qarşılaşmasını da misal göstərmək olar. Yoldaşlıq görüşündə önəmli cəhət odur ki, taktiki gedişlər olmalıdır. Qarşıda bizi Portuqaliya və Rusiya kimi nəhəng komandalarla oyun gözləyir. Lakin hər şeyə rəğmən mən inanıram ki, yoldaşlıq oyunuyla seçmə mərhələyə fərq qoyullar. Ancaq əslində biz bunlara fərq qoymamalıyıq. İndiki vəziyyətdə hər bir görüş bizim üçün əsas kimi qəbul olunmalıdır. Biz axı, niyə ortabab millilərlə deyil, Andorrayla oynamalıyıq? Güclü rəqiblərlə oyunda həm səhvlərimiz üzə çıxar, həm də təcrübəmizi artıra bilərdik və daha da inkişaf edərik.
- Dünənki qarşılaşmada rəqibin qapısı qarşısında qol vurmaq üçün xeyli imkanımız olsa da, ənənəvi qol vura bilməmək xəstəliyimiz yenə özünü büruzə verdi...
- Gəlin, klublarda çıxış edən hücumçuları nəzərdən keçirək. Görəcəyik ki, əksəriyyəti əcnəbidir. Əlbəttə, “Qarabağ”da çıxış edən Rauf Əliyevi çıxmaq şərtiylə. Yəni, yerli hücumçularımızın çoxu ehtiyatda oturur. Bu amil də milli komandanın beynalxalq arenadakı uğursuz çıxışlarına öz təsirini göstərir. Ona görə də bizim hücum xəttində çatışmazlıqlarımız çox olur. Hər zaman bir şeyin tərəfdarı olmuşam. 1987-ci ildə mən “Neftçi”nin baş məşqçisi işləyəndə Anatoli Bışovest olimpiya yığmasının, Valeri Lobanovski əsas millinin baş məşqçisi idi. Sözümü ona gətirirəm ki, klublarla həmin o yığmaların baş məşqçiləriylə daim əlaqə olurdu. Həm telefonla danışır, həm də ildə 3-4 dəfə onlar arasında görüş keçirilirdi və ancaq yığma haqda danışırdıq. Onlar məndən futbolçular haqda daha dolğun bilgi istəyirdilər. Bu cür olarsa, işləmək asandır. Fikrimcə, millinin məşqçiləri ilə klubların çalışdırıcıları arasında da belə görüşlər olmalıdır.
- Ümümiyyətlə, bu yoldaşlıq görüşlərindən sonra seçmə mərhələdə Azərbaycan yığmasından uğurlu çıxış gözləməyə dəyərmi?
- Yenə də inanmaq istərdim ki, futbolçular özlərinə gəlib seçmə mərhələdə mübariz bir oyun nümayiş etdirəcək.
- Əgər məqsədimiz 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdırsa millidəki əcnəbiləri yerlilərlə əvəzlənməyin vaxtı deyilmi?
- Biz bu məqsədə çatmaq üçün indidən hazırlaşmalıyıq. Nəyin hesabına? Əlbəttə, həmin o gənc və perspektivli futbolçuların millidə püxtələşməsi sayəsində. Həmçinin U-19 və U-21 milli komandalarla əlaqə yüksək səviyyədə olmalıdır. Bu hər iki yığma birinci milliylə bir proqrama uyğun hazırlaşmalıdırlar.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat