“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Pedrinin zədəsi barədə açıqlama verib.
QOL.az xəbər verir ki, ispaniyalı futbolçu sol budun iki başlı əzələsinin distal hissəsində yırtıq və sınıq səbəbindən təxminən altı həftə meydandan kənarda qalacaq. Flik futbolçunun ən qısa zamanda meydanlara qayıdacağına ümid etdiyini vurğulayıb:
“Pedrinin zədəsi bizi təəccübləndirdi. “El Klasiko”dan sonra yalnız azca narahatlıq və yorğunluq hiss edirdi, amma müayinədən sonra ciddi zədəsi aşkar olundu. Bununla barışmalıyıq. Ən yaxşı oyunçularımızdan birini itiririk. O, komandanın top üzərində nəzarətini təmin edirdi və indi bunu onsuz həyata keçirməli olacağıq. Ümid edirik ki, tezliklə geri dönəcək.”
Qeyd edək ki, İspaniya millisinin yarımmüdafiəçisi cari mövsümdə “göy-qırmızılar”ın bütün 13 matçında iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə verib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı