Artıq 3 aya yaxındır fəaliyyətə başlayan www.etopaz.az saytı sıralarını və əhatəsini genişləndirməkdədir. Azərbaycanda ilk rəsmi virtual mərc oyunu olan www.etopaz.az –ın hazırkı hədəfi qarşıdakı Avropa çempionatına qədər müştərilərə daha rahat bir xidmət göstərməkdir.
“NETBET” şirkətinin baş direktoru Altay Əliyev Qol.Az saytına açıqlamasında artıq bu gündən etibarən NETMONEY kartları vasitəsilə də ödəmə etməyin mümkünlüyü barədə danışıb: “Fəaliyyətə başlayanadan bu günə qədər yalnız 1 ödəmə kanalımız mövcud idi. Müştərilər istənilən bank kartı vasitəsilə qeydiyyatdan keçdikdən sonra balanslarına pul yatıra və saytımızda rahat şəkildə oynaya bilərdilər. Bu gündən etibarən isə daha bir ödəmə kanalımız açıldı. Artıq geniş populyarlıq qazanmış NETMONEY kartlarını alıb, üzərlərindəki şifrəni pozub istənilən oyunçu virtual balansını artıra bilər. Əvvəldən də qeyd etdiyimiz kimi ETOPAZ heç bir ödəmə vasitəsində müştərilərdən komissiya tutmur. Yalnız bank əməliyyatları zamanı plastik kartın məxsus olduğu bank faiz tuta bilər ki burada da biz bir qədər işlər görməyə çalışmışıq. Belə ki bir neçə bank bizim müraciətimiz əsasında müştərilərə güzəştlər tətbiq etməyə başladılar. Bu barədə daha geniş məlumat www.etopaz.az saytında yerləşdirilib”.
Günü gündən böyüdüklərini deyən A.Əliyev hazırda 5000-ə yaxın üzvlərinin olduğunu söyləyib. Baş direktor NETMONEY xidməti ilə yanaşı digər alternativlərin də hazırlandığı və Avropa çempionatına qədər yetişdirməyə çalışdırdıqlarını diqqətimizə çatdırıb: “Azericard prosesinq mərkəzi ilə əməkdaşlıqdan tam razıyıq. Müştərilərimiz rahat pul qoya, eyni zamanda qazanclarını asan şəkildə hesablarına köçürə bilirlər. Hazırda golden pay, pay point və Bank of Azerbaijanla danışıqlarımız gedir. Müştərilər istənilən banka yaxınlaşıb nağd şəkildə balanslarına pul qoya və pul götürə biləcəklər. Eyni zamanda istənilən pay point məntəqəsindən də ödəniş etmək mümkün olacaq. Bundan sonra SMS variantı üzərində çalışacağıq. Yəni oyunçular istənilən operatordan qısa nömrəyə SMS göndərib balanslarına pul yatıra biləcəklər”.
Yaxın gələcəkdə bir çox sürpriz kampaniyalar keçirəcək www.etopaz.az hazırda bütün diqqətini Avro 2012-yə yönəldib. Artıq saytın 2 müştərisi Ukraynadakı oyunlardan birinə vəsiqə qazanıb. 1 müştəri isə qiymətli hədiyyə almağa çox yaxındır. “Avropa çempionatı qitənin, bəlkə də dünyanın ən nüfuzlu turnirlərindən sayılır. Biz müştərilərimizi bizimlə oynayıb, bizimlə qazanmağa çağırırıq. Kampaniyamız Avropa çempionatı ilə yekunlaşmayacaq. Yeni mövsüm ərəfəsində daha möhtəşəm kampaniya keçirmək niyyətindəyik”.
Hazırda müştərilərin əsas marağı canlı mərc oyunları ilə bağlıdır. Bununla bağlı Azərintelktekin böyük işlər gördüyünü bildirən Altay Əliyev yaxın gələcəkdə müştərilərin arzularının gerçəkləşəcəyini və canlı mərcin də başlayacağını deyib.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"