Fransanın yeni prezidenti “Avro 2012”ni boykot etdi

Fransanın yeni prezidenti “Avro 2012”ni boykot etdi
AVRO-2012 24 May 2012 / 11:21 2604
-  A +

Fransanın yeni prezidenti Fransua Olland 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarına baxmağa getməyəcək.

Olland səbəb kimi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ətrafında yaranmış situasiyanı göstərib. O deyib: “Mən futbolu çox sevirəm. Amma Ukraynada baş verənlər problem yaradır”.

Olland bu bəyanatı Avropa İttifaqının Belçikanın paytaxtı Brüsseldə keçirilmiş sammitindən sonra verib.

Qeyd edək ki, Avropanın bir sıra siyasətçiləri Yuliya Timoşenkonun həbsdə saxlanılmasına etiraz əlaməti olaraq, "Avro-2012"yə getməkdən imtina ediblər. Almaniya kansleri Angela Merkel bildirib ki, Ukraynaya yalnız Timoşenko azadlığa çıxacağı halda yollanacaq. Habelə Ukraynanın Avropa perspektivlərini sabiq baş nazir və digər müxalifətçilərin işi ilə əlaqələndirirlər.

Xəbər: lent.az

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə