"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Azərbaycan kubokunu qazanan komandanın üzvlərini təbrik edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təntənəli qalibiyyət mərasiminə qatılan H.Məmmədov futbolçuları və komanda heyətini şəxsən təbrik edərək, hər kəsə təşəkkürünü bildirib.
"Mən bu qələbəyə inanırdım" - deyən klub prezidenti final oyununu maraqla izlədiyini və qalibiyyətdən zövq aldığını bildirib: "Oyun çox maraqlı keçdi. Sevindirici haldır ki, qələbə gözəl oyunla əldə olundu. Klubumuz mövsümü titulla başa vurur. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Bizim üçün çətin keçən bir mövsümün sonunda komandamın nümayiş etdirdiyi oyun gələcəyə ümidlə baxmağa əsas verir. Xüsusilə də, klubumuzun yetirmələri olan gənc futbolçuları təbrik edirəm, onların təcrübəli həmkarları ilə çiyin-çiyinə mübarizə aparması, kifayət qədər məzmunlu oyun göstərməsi aparılan işlərin müsbət nəticəsidir.
İndi məqsədimiz eyni uğurları Avropada təkrarlamaqdır. Biz Avropa Liqasında Azərbaycanı təmsil edəcəyik. Bunun məsuliyyətini nəzərə alaraq ikiqat səylə hazırlaşmaq lazımdır. Bəzi mövqeləri gücləndirmək eytiyacı var. Bu işləri tez və keyfiyyətlə həyata keçirməliyik. İnanıram ki, "Bakı" Avropada layiqli çıxış edərək Azərbaycan futbolsevərlərini sevindirəcək. Hər birinizə uğurlar arzulayıram".
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı