Almaniya milli komandasının Avro-2012-də iştirak edəcək genişləndirilmiş heyəti açıqlanıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Bundestimin heyətində dəvət olunan 27 oyunçu arasında daha bir türk futbolçu var.
Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu mövsüm "Borussiya" (Dortmund) klubunun heyətində Bundesliqanın qalib olmuş İlkay Gündoğana dəvət göndərib. Əvəzində türk əsilli futbolçu Sərdar Taşçı və "Bayer" (Leverkuzen) klubunun aparıcı futbolçusu Simon Rolfes heyətdən çıxarılıb.
Qeyd edək ki, siyahıda İlkayla yanaşı Madrid "Real"ının yarımmüdafiəçisi Məsut Özil də var.
Mayın 29-da elan olunacaq yekun siyahıya isə 23 oyunçunun adı daxil ediləcək.
Almaniya milli komandası Avro-2012-yə bu heyətlə yollanacaq:
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Mark-Andreter Stegen ("Borussiya", Münhenqladbax), Tim Vize ("Verder", Bremen), Ron-Robert Zieler ("Hannover")
Müdafiəçilər: Jerom Boatenq, Holger Badştuber, Filip Lam (hamısı "Bavariya"), Per Mertesaker ("Arsenal"), Mats Hummels ("Borussiya", Dortmund), Benedikt Hövedes ("Şalke"), Marsel Şmelzer ("Borussiya", Dortmund)
Yarımmüdafiəçilər: Məsut Özil, Sami Xedira (hər ikisi "Real", Madrid), Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı "Bavariya"), Marko Reus ("Borussiya", Münhenqladbax), Mario Qötze, İlkay Gündoğan ("Borussiya", Dortmund), Sven Bender ("Borussiya", Dortmund), Lars Bender, Andre Şürrle (hər ikisi "Bayer, Leverkuzen), Julian Draksler ("Şalke"), Lukaş Podolski ("Arsenal")
Hücumçular: Kakau ("Ştuttqart"), Mario Qomez ("Bavariya"), Miroslav Kloze ("Latsio")
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı