Ronaldo: "Barselona" gördüyüm ən yaxşı komandadır"

Ronaldo: "Barselona" gördüyüm ən yaxşı komandadır"
GÜNDƏM 18 Aprel 2012 / 02:55 3838
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo "Real" (Madrid) və "Barselona"nı müqayisə edib.

Qol.Az-ın məlumatına görə, "Sport"a danışan sabiq "Real"lı futbolçu "Barselona"nın Madrid təmsilçisinə nisbətən daha güclü olduğunu bildirib:

"Mən hər zaman "Real" fanatı olmuşam. Ancaq "Barselona" hazırda "Real"dan daha güclüdür. "Barselona"da nə etdiyini bilən və hədəfə çatmaq üçün sonadək mübarizə aparan futbolçular çıxış edir. Təbii ki, bunda baş məşqçi Pep Qvardiolanın da böyük əməyi var. 35 illik həyatımda "Barselona" gördüyüm ən yaxşı komandadır. Ancaq ən gözəl günlərimi məhz "Real"da keçirmişəm".

Qeyd edək ki, Ronaldo 1996-1997-ci illərdə "Barselona", 2002-2007-ci illərdə isə "Real"ın şərəfini qoruyub.

 

Daha çox


Son xəbərlər