“Bakı” klubunun sierra-leoneli müdafiəçisi İbrahim Karqbonun müsahibəsi
- Unibank Premyer Liqasının ikinci dövrəsinə Antalyada hazırlaşırsınız. Hazırlıq necə gedir?
- Fiziki baxımdan xeyli artırmışıq. Hazırlığın ilkin mərhələsi əsasən buna həsr edilmişdi.
- Artıq toplanışın ikinci mərhələsinə start verilib. Komandanızda vəziyyət necədir?
- Bildiyiniz kimi, qış fasiləsində komandamızda köklü dəyişikliklər baş verib. Birdən-birə 12 futbolçunun komandadan ayrılması və onların yerinə gələnlərin uyğunlaşması çox ağır bir prosesdir. Buna baxmayaraq, baş məşqçimiz Aleksandr Starkovun bu vəzifənin öhdəsindən məharətlə gələcəyinə ümid edirəm.
- Hazırda komandanızın heyətində bir neçə gənc futbolçular çıxış edir. Onlarla birgə klub rəhbərliyinin qarşıya qoyduğu məqsədə çatmaq çətin olmayacaq ki?
- İstənilən halda qarşıya qoyulan vəzifəyə çatmaq asan deyil. Təcrübəli futbolçuların çoxluğu əlavə üstünlükdür. Buna baxmayaraq, klubun öz siyasəti var. Burada yerli futbolçuların yetişdirilməsinə də ciddi önəm verilir. Ona görə də heyətdə bir neçə gənc futbolçu yer alır. İnanıram ki, çempionatın sonunda bu gənclərlə birgə hansısa nailiyyət qazanacağıq.
- İstər yoldaşlıq, istərsə də çempionat oyunlarında “Bakı” uğurlu çıxış edə bilmir. Bunun səbəbini nədə görürsən?
- Məncə, bunlar hamısı geridə qalıb. Biz yalnız gələcək barədə düşünürük. Heyətimiz yenilənib. Çətin də olsa, bizim əlavə vaxtımız yoxdur. Yoldaşlıq oyunlarındakı nəticələr isə nisbidir. Onu da unutmaq lazım deyil ki, rəqiblərimiz çox güclü klublardır. Buna baxmayaraq, komandanın hansı gücdə olduğu barədə fikir yürütmək düzgün deyil. Biz Almaniya II divizion klubuna uduzduq. Burada qeyri-adi heç nə yoxdur. Hollandiya çempionatının lideri “Az Alkmaar”la oyunda da şanslar bərabər deyildi.
- Yeri gəlmişkən, həmin “AZ Alkmaar”a qarşı bir vaxtlar çıxış etdiyin Hollandiya liqasında dəfələrlə oynamısan…
- Bu komanda barədə yetərli qədər məlumatlı idik. Çox güclü heyətə malik klubdur. Orada bir neçə dostlarım oynayır. Hollandiya millisinin bir neçə futbolçusu bu klubda top qovur. Hollandiya isə FİFA reytinqində 2-ci pillədə qərarlaşıb. Özünüz başa düşdünüz ki, necə klubla oynamışıq.
- Bəs, 5 top buraxmağınız təəccüblü deyildi?
- Yenə deyirəm, yoldaşlıq görüşlərindəki nəticələr nisbidir. Komandamız ikinci hazırlıq mərhələsinə qədəm qoyub. “Bakı” mükafatlar üçün iddialıdır. Öz gücümüzü çempionatda göstərəcəyik.
- Rəqibləriniz “Xəzər Lənkəran”dan savayı “İnter” və “Neftçi”də elə də ciddi dəyişiklik olmayıb. Bu rəqiblərlə müqayisədə komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Obyektiv olsaq, deməliyəm ki, vəziyyətimiz elə də yaxşı deyil. Çempionatda 6-cı pillədəyik. Kubokda isə yarışa davam edirik. Heyətimizdə çox dəyişikliklər olub. Bir dövrə ərzində 12 oyunçunun gəlişi ilə çempion olmağımız çətin olacaq. Rəqiblərimizin heyəti demək olar stabildir. Xüsusən də “Neftçi” çox güclüdür. Onların necə hazırlaşdığı, hansı futbolçuları alması bizi maraqlandırmır. Nə olursa olsun, biz hədəfimizə mütləq çatacağıq.
Mənbə: ibrahimkargbo.az saytı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi