"Simurq" klubunun rusiyalı baş məşqçisi Sergey Yuranın “Sport-Ekspress” qəzetinə müsahibəsi
- Tale “xoşbəxtlik quşu”nun axtarışında sizi uzağa gətirib çıxardı...
- Nə etmək olar, peşənin xüsusiyyətləri belədir. Ona görə də bunda qeyri-adi heç nə yoxdur. Baxın, Anri Mişel Ekvatorial Qvineyada çalışırdı və qəribə heç nə yoxdur. Hərçənd ora heç də yaxın məkan deyil.
- Ancaq fransalı mütəxəssis heç olmasa yığmada işləyirdi. Sizin işlədiyiniz isə sıradan klubdur, üstəlik, elə güclü çempionatdan deyil. Qorxmursunuz ki, kimsə sizə kinayə ilə baxaraq, “gör Yuran hara gəlib çıxıb” deyər?
- Bizim qardaş haqda adətən çox şey danışırlar. İmkan düşən kimi, daşı yalnız məşqçiyə atırlar. Buna görə də şayiələrə və belə boş söhbətlərə qulaq vermirəm. Əsas nəticədir. Bunu verirsən, sənə hörmət edirlər. Yoxdursa, nə edirsənsə et, futbol dünyasını heç nə ilə təəccübləndirə bilməzsən.
- Yəqin ki, burada öz imkanlarını dəqiq qiymətləndirmək ən vacibdir. Mövsümlərdən hansı sizə belə imkanı verdi?
- 2008-ci il. Təəssüf ki, onda çempionatın qızğın vaxtında 11-ci yerdə gedən “Şinnik”dən getməyə məcbur oldum. Dərhal mənə getməyə məhkum olan “Ximki”ni qəbul etmək təklif olundu. Sonda qeyri-mümkünə – Premyer Liqada yeri qorumağa nail oldum. Bax, belə pik vəziyyətlər möhkəmliyi yoxlayır. Əslində nəyi bacardığını başa düşməyə imkan verir. “Şinnik” isə onda I liqaya düşdü. Təəssüf, yaxşı komanda idi.
- “Simurq” haqda bunu demək olar?
- Burada vəziyyət bir az başqadır. Klub 7 ildir yaranıb, ancaq Avroliqada oynamağa imkan tapıb. “Simurq”un sahibləri bu uğuru təkrarlamaq üçün alışıb-yanırlar. Azərbaycanda futbolu ilahiləşdirirlər. Zaqatalada hamı arzulayır ki, onların “Simurq” komandası getdikcə milli çempionatın lideri olsun.
- Bugünkü gün üçün hansı uğurlarınız var?
- Hələ ki, bu, azdır. 12 komanda arasında 9-cu yer. Hərçənd mövsüm üçün məqsəd güclülər arasında yeri qorumaqdır. Mən risk edərək, ilk “altılığ”a düşmək vəzifəsini qarşıya qoydum. O, avrokuboklara vəsiqəni müəyyənləşdirir. Hələ qarşıda 4 oyunumuz var, şansımız qalır.
- Bəs, siz “Simurq”da necə peyda oldunuz?
- Ötən ilin iyununda mənə gözlənilmədən klubun prezidenti zəng edərək, təklifini etdi. Komanda, şərait haqda danışdı, qısaca heyəti təqdim etdi. Hərçənd çempionatın əvvəlinə cəmi 2 həftə qalırdı, mən razılıq verdim. Hələ ki, müqavilə 1 illik nəzərdə tutulub.
- Həddən çox risk etmədiniz?
- Mən elə insanlardanam ki, məşqçinin işləməli olduğunu hesab edirəm. Məndə isə fasilə həddən çox uzandı.
- Məncə, siz Azərbaycan klubuna rəhbərlik edən ilk rusiyalı mütəxəssissiniz...
- Görünür, belədir.
- Futboldan uzaq yerə getdiyinizə görə üzülmədiniz?
- Qətiyyən. Burada iş üçün şərait gözəldir - baza, meydança, stadion. Bizim futbol məktəbində də şərait pis deyil. Klubun sponsoru bizi heç nəyə möhtac qoymur. Yeri gəlmişkən, o, Bakının “İnter” klubunu da saxlayır ki, hansı ki, Kaxaber Sxadadze orda çalışdırır. Bax, onların vəzifəsi daha ciddidir – çempionatda qələbə və Çempionlar Liqasına vəsiqə.
- Azərbaycan çempionatında daha hansı komandalar zirvəyə can atır?
- "Neftçi”, Aleksandr Starkovun baş məşqçisi olduğu “Bakı” və “Qarabağ”.
- Bir vaxtlar “Qəbələ”yə rəhbərlik etməklə təəccübləndirən ingilis Toni Adamsa haqda daha heç nə eşidilmir.
- Təəssüf ki, artıq onunla yolları ayırıblar.
- İndiki “Simurq” nəyi təcəssüm edir?
- Bizdə yenə də beynəlmiləl komandadır ki, onun şərəfini Azərbaycan, Ukrayna, Gürcüstan, Rusiya, Latviya, Litvadan futbolçular qoruyurlar. Mənim zamanımda vaxtilə “Spartak”da oynayan yarımmüdafiəçi Andrey Rubin və “Krılya Sovetov, “Zenit”, digər Rusiya klublarında oynamış hücumçu Robertas Poşkus gəldi. Yaxında qapıçı Dmitri Kramarenko ilə müqavilə imzaladıq. O da Rusiyada çıxışı ilə yaxşı tanınır. “Tom”un sabiq futbolçusu Vasili Yanotovski da bizdədir. İndi Türkiyədəki təlim-məşq toplanışında daha bir hücumçuya, dayaq yarımmüdafiəçisinə və mərkəz müdafiəçisinə baxacağıq.
- Futbolçular ehtiyac içində deyillərki?
- Məvaciblər elə də göydən gedən deyil. Ancaq yetərincə layiqlidir və Rusiyanın I liqasının 2-ci beşliyinin səviyyəsinə uyğun gəlir. Ödənişlərlə bağlı yubanma olmur. Bir sözlə, yaşamaq olur.
- Azərbaycanı postsovet məkanının çempionatları arasında hansı yeri verərdiniz?
- Rusiya və Ukraynadan sonra 3-cü. Əminəm ki, “İnter”, “Neftçi”, “Qarabağ” Rusiya Premyer Liqasının ikinci onluğunda özlərini heç də pis hiss etməzdilər. Azərbaycanda futbola böyük pullar qoyulur. Bura böyük məmnuniyyətlə Braziliya, Argentina, digər çox sanballı yerlərdən legionerlərdən gəlir. Ən azı mənə tanış olan Qazaxıstan çempionatından yüksəkdir. Orada qələbə uğrunda yalnız bir neçə komanda mübarizə aparır. Bura ilə müqayisə olunmazdır.
- Avropa çempionatına getməyə hazırlaşırsınız?
- İstərdim. Ancaq hər şey işdən asılıdır.
- Bəlkə Polşaya artıq Rusiya klubunun məşqçisi kimi gedəcəksiniz?
- Mən realistəm. İndi mənim klubum “Simurq”dur. Onunla xarakterim uyğundur. Deməli, həm bugünkü, həm də sabahkı gün üçün vuruşacağıq. Əbəs yerə demirlər ki, günəş inadkar insanlara daim işıq saçır. Mən də belələrindənəm.
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı
Arda Güler "Real"ın ən yaxşı futbolçusu seçildi
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Danışıqlar dalana dirənib
Boyük Zəfərin 5-ci ili
Endrik “Real”ı Fransa klubuna dəyişir
“Barselona” “Nou Kamp”a qayıtdı - 894 gündən sonra
Superliqada 12-ci tur start götürüb
"Real" üçün sevindirici xəbər
Ronaldo, Pepe, Fiqu, Silva
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi
Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda nə dedi?
FİFA prezidenti "Kayrat"ı təbrik etdi
"Sumqayıt" "Qəbələ"ni belə məğlub etdi - Video
Kaxaber Tsxadadze azarkeşlərdən üzr istədi
"Misli Premyer Liqası çətin çempionatdır" - Saşa İliç
Çeferindən şikayətlərə cavab
"Sumqayıt" "Qəbələ"yə, "Şamaxı" "İmişli"yə qalib gəldi
Şamaxıda vurulan qol - Video