Qol.Az saytı bu gündən etibarən oxucularına “Üz-üzə” rubrikası təqdim edir. Azərbaycanın ən öncül banklarından olan “Unibank”ın sponsorluğuyla təqdim edəcəyimiz bu rubrikada bir kişi və bir xanım həmsöhbətimiz olacaq.
Rubrikamızım ilk qonaqları Azərbaycanın gənc hakimləri – Orxan Məmmədov və Səbael Qurbanovadır.
- İlk olaraq hakim kimi bir-birinizi necə xarakterizə edərdiniz?
- Orxan Məmmədov: Təbii ki, bir işə başlayarkən heç də hər şey super olmur. Mən isə son zamanlar gördüyümdən danışacağam. Hakim var ki, harasa üz tutub gedir. Ancaq hara getdiyi bilinmir. Yəni, həmin hakimdə istək, alov hiss olunmur. Amma Səbaeldə bu alovu görmək mümkündür. Hiss olunur ki, o, hər zaman yenilik etməyə hazırdı. Ötən mövsüm Unibank Premyer Liqasının oyununu idarə etməklə bir ilkə imza atmışdı. İnşallah, bu uğurların ardı gələcək. Səbael çalışır ki, nəsə eləsin. O, inkişafda olan hakimlərimizdən biridir. İnanıram ki, 2012-ci ildə Azərbaycanda 17 yaşlı qadın futbolçular arasında keçiriləcək dünya çempionatında Səbael bir daha özünü sübut edəcək.
- Səbael Qurbanova: Doğrudur, Orxan gənc hakimdir. O, daha öncə köməkçi hakim kimi fəaliyyət göstərirdi. Buna baxmayaraq, Orxan köməkçi hakim kimi də ad-san qazanmışdı. İnanıram ki, o, baş hakim səviyyəsində də bir sıra uğurlara imza atacaq. Orxan bu sahədə öz üzərində daha çox çalışır. Arzu edirəm ki, həmkarım baş hakim kimi yüksək səviyyəyə çatacaq.
- Səbael, bir qadın hakim kimi kişi referilərimizin Unibank Premyer Liqasındakı fəaliyyətini necə dəyərləndirirsən?
- Mən deyərdim ki, bizim kişi hakimlərimizin səviyyəsi Avropanın referilərindən heç də aşağı deyil. Əksinə onların fəaliyyətində üstün cəhətlər çoxdur. Yaxşı hakimlərimiz var və onlarda inkişaf hiss olunur. Bir şeyi də nəzərə almaq lazımdır ki, hakim də insandır. Onlar da səhv edə bilərlər. Bunu normal qarşılaşmaq lazımdır. Bütün hakimlər hər hansı epizodu bir dəfə və bir nöqtədən görür. Buna uyğun olaraq da dərhal qərar verməli olur. Əsas olan odur ki, həmin qərar qərəzli səhv olmasın. Düşünmürəm ki, kişi hakimlərimizin sırasında qərəzli səhvlərə yol verən referilər var.
- Orxan, bəs, sən qadın hakimlərin fəaliyyəti haqda nə deyə bilərsən?
- Əvvəlki illərdə bu sahədə iş getmirdi. Ancaq son illər qadın hakimlərin sayı artıb. Dərslərdə artıq minimum 7-8 qadın hakimin iştirak etdiyinin şahidi oluruq. Təbii ki, bunda da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun böyük rolu var. Bu yaxınlarda FİFA beynəlxalq dərəcəli qadın hakimlərimizin sayını artırdı. Bu da bir daha qadın hakimlər sahəsindəki inkişafdan xəbər verir. İnşallah, ölkəmizdə keçiriləcək dünya çempionatında da bunun bir daha şahidi olacağıq. Mən deyərdim ki, qadın hakimlərimiz bəzi kişi referilərimizdən daha yaxşı oyun idarə edir. Bəzən baxıram, elə bilirəm ki, oyunu idarə edən kişi hakimdir. Ancaq sonra görürsən ki, oyunu idarə edən qadın hakimdir. Adam inana bilmir. Bəzi kişi referilərimizdə qaçış, sürət lazımi səviyyədə deyil. Amma qadın hakimlərimizdə bu sahədə bir sıxıntı hiss olunmur. Aparılan düzgün siyasət nəticəsində qadın hakimlərimizin sayı getdikcə artır. Düşünürəm ki, gələn il qadın hakimlərimizin sayı 8 deyil, 18 olacaq.
- Səbael, Azərbaycanda qadınların hakimlik etməsi heç də birmənalı qarşılanmır. Bu mentalitet amili sənin işinə nə dərəcədə təsir göstərir?
- Xeyr. Mentalitet heç vaxt mənim işimə mane olmayıb. İstər Unibank Premyer Liqasının oyunlarında, istərsə də digər turnirlərdə hansısa problemlə üzləşməmişəm. Hər zaman da normal qarşılanmışam.
- Orxan, bir kişi referi kimi qadın hakimlərin fəaliyyətinə necə baxırsan?
- Əlbəttə, normal baxıram. Əgər qadın hakimlərin fəaliyyətində heç bir kobudluq və ya mədəniyyətsizlik yoxdursa, o zaman nəyə görə bu sahəni inkişaf etdirməyək?! Əgər bu qadın hakim azərbaycanlıdırsa və onun adı xaricdə hallanırsa, bunun nəyi pisdir? Əksinə onun ölkəmizi xaricdə təmsil etməsi bizim üçün qürurvericidir. Məncə, Azərbaycanda mentalitet də yaxşıdır. Ancaq bəzən müəyyən yanaşmalr da olur. Bu gün şou-biznez sahəsinə baxırsan, başdan-ayağa biabırçılıqdı. Əgər biz şou-biznez insanlarını normal qəbul edib, qadınların hakimlik etməsini pisləsək, bu, bizim üçün günah olar. Hətta bəzən elə qadın hakimlərimiz də olub ki, hansısa bir futbolçu ilə ailə həyatı da qurub. Bunun nəyi pisdir ki? Əgər qadın idmanla məşğul olursa, deməli, o, pis yolda deyil. Ona görə də mən qadınların hakimlik etməsinə heç də pis baxmıram.
- Bəzən, oyunlar zamanı azarkeşlər tərəfindən hakimlərin ünvanınıza xoşagəlməz ifadələr işlədilir. Bunu necə qarşılayırsınız?
- S.Q: Doğrudan da, belə hadisələrlə üzləşirik. Ancaq mən buna əhəmiyyət vermirəm. Çünki meydana çıxarkən heç nə eşitmirik. Yalnız oyun haqda düşünürəm. Kənar amillər isə məni maraqlandırmır. Stadiona gələn azarkeşlərdən bəziləri hakimi təhqir edirsə, digərləri də referini dəstəkləyir. Hətta bəzən hakimə dəstək olmaq üçün stadiona gedən azarkeşlər də olur. Lakin istənilən halda, meydanda son sözü hakim deyir. Əsas odur ki, verdiyimiz qərarları futbolçular normal qarşılasın. Ancaq yenə deyirəm, hakim də insandır və səhv edə bilər.
- O.M: Biz meydana çıxanda azarkeşlər bizi alqışlayır, oyundan sonra isə təhqir edirlər. Biz isə meydanı tərk edəndə onları alqışlayırıq. Qadını söyən ilk növbədə özünə və ətrafındakı qadınlara da hörmət etmir. Ancaq biz belə şeylərə əhəmiyyət verməməliyik. Hakimlər öz sözünü meydanda deyir. Hakimləri söyənlər isə əksinə bizə ruh verir. Məncə, hakimlər də öz qərarları ilə sübut edirlər ki, onlar bu təhqirə layiq deyillər. Yox, əgər hakim həqiqətən də oyunu qərəzli idarə edirsə, onda daha mən nə deyə bilərəm? Qərəzli hakimi mən də söyərəm. Çünki o referi səhv qərarları ilə mənim də adımı batırır.
- Səbael, ötən mövsüm Unibank Premyer Liqasının oyununu idarə etdin. Bu mövsüm necə, çempionatda hər hansı bir oyunu qadın hakimlərin idarə etməsi ilə bağlı təklif irəli sürülübmü?
- Bilirsiniz ki, oyunlara hakim təyinatları AFFA Hakimlər Komitəsi tərəfindən verilir. Onların bütün qərarlarına da mən böyük hörmətlə yanaşıram. Ancaq mən özüm özümə qiymət verə bilmərəm.
Buna Hakimlər Komitəsi qiymət verir. Gələcəkdə hər şey ola bilər.
- Orxan, Unibank Premyer Liqasının bəzi oyunlarına qadın hakimlərin təyinat alması haqda nə deyə bilərsən? Səncə, qadın hakimlər bu oyunları da lazımi səviyyədə idarə edə biləcək?
- Birinci divizionun oyunu ilə Unibank Premyer Liqasının matçları tam fərqlidir. Birinci divizionda hakim ilk növbədə psixoloji cəhətdən tam hazır olmalıdır. Ancaq Unibank Premyer Liqasında psixoloji hazırlıqla yanaşı, fiziki hazırlıq da önəmli rol oynayır. Birinci diviziondan sonra 17 yaşlılar və əvəzedicilərin çempionatının oyunlarını idarə edirik. Əvəzedicilərin çempionatda oyunlar çox sakit keçir. Buradakı görüşlərdə biz artıq oyunların sürətini götürürük. Deməli,z bu müddət ərzində 3 mərhələdən keçirik. Əgər biz hər hansı birindən keçməsək, o zaman Unibank Premyer Liqasının oyunlarını lazımi səviyyədə idarə edə bilmərik. Təbii ki, qadınların fiziki durumu kişilərə nisbətən zəif olur. Ancaq qadınlar daha təmkinli və sakit olmaları ilə fərqlənirlər. Kişilər isə bir qədər çılğın olurlar və hər şeyə tez reaksiya verirlər. Xaqani Məmmədovun Hakimlər Komitəsinin sədri seçilənə qədər Premyer Liqanın heç bir oyunu qadınlara həvalə olunmurdu. Ancaq Xaqani müəllimin gəlişindən sonra qadın hakimlərə də şans verilir. Əgər qadın hakimlər də yuxarıda sadaladığım 3 mərhələdən keçirlərsə, deməli, onlar da Unibank Premyer Liqasının oyunlarını idarə etməyə hazırdılar.
- Bəs, Unibank Premyer Liqasının oyunlarını idarə etmək üçün xaricdən əcnəbi hakimlərin dəvət olunmasına münasibətiniz necədir?
- O.M: Əcnəbi hakimlər gəlib hakimlik edə bilərlər. Ancaq Bakıda aşağı yaş qrupları üzrə çempionat oyunlarını. Unibank Premyer Liqasının oyunlarına gəldikdə isə həmin görüşləri əcnəbi hakimlər bizdən yaxşı idarə edə bilməzlər. Çünki onların səviyyəsi buna imkan vermir. Hansı komanda ki, əcnəbi hakimlərə ehtiyac duyur, mən də onların oyunlarını idarə etməzdim. Çünki əgər onlar bizə hörmət etmirlərsə, qarşı tərəfdən də eyni münasibəti görəcəklər. Mən deyərdim ki, biz əcnəbi hakimlərdən qaydaları daha yaxşı bilirik. Biz onlardan yox, onlar bizdən öyrənirlər.
- S.Q: Mən də heç də yaxşı baxmıram. Deyərdim ki, bizim hakimlərimiz əcnəbi referilərdən heç də geri qalmırlar. İnanmıram ki, hər hansı bir əcnəbi hakim gəlib, bizə nəsə öyrədəcək. Onların idarə edəcəkləri oyun da, bizimkindən yüksək səviyyəli olmayacaq. Düşünürəm ki, Premyer Liqanın oyunlarını yalnız yerli hakimlər idarə etməlidir.
- Sizcə, yüksək səviyyəli hakim olmaq üçün ilk öncə nəyə diqqət yetirmək lazımdır?
- O.M: Təbii ki, bunun üçün hər bir hakim öz üzərində çox işləməlidir. Hakim oyunu idarə etdikdən sonra məvacibi alıb evdə oturmamalıdır. Referi gərək idarə etdiyi həmin oyunu təhlil etməlidir. Yəni, o harada doğru qərar verib, harada isə səhv edib. Bununla da, hakim öz səhvləri üzərində daha çox işləməlidir ki, növbəti oyunda bu səhvlər təkrarlanmasın. Yalnız bu yolla yüksək səviyyəli ola bilərsən.
- S.Q: Orxanın sözləri ilə razıyam. Hakim öz üzərində daha çox işləməlidir. Oyuna təyinat aldığı gündən etibarən bu görüş haqda düşünməlidir. Hakim ancaq öz məvacibini güdməməlidir. Həm oyundan öncə, həm də matçdan sonra öz idarəçiliyi haqda düşünməli və buraxdığı səhvlərdən nəticə çıxarmalıdır.
- Gələcək karyeranızla bağlı nə deyə bilərsiniz? Bu sahədə əsas hədəfiniz nədir?
- S.Q: Əlbəttə, hər bir hakim yüksək səviyyəli oyunları idarə etmək istəyər. Mənim də əsas arzularımdan biri məhz belə oyunlardan birini idarə etməkdir. Əsas hədəfim isə öz üzərimdə işləyərək 1-ci kateqoriyaya qədər yüksəlmək və Azərbaycanı xaricdə layiqli təmsil etməkdir. İnşallah, bunu da zaman göstərəcək.
- O.M: Mənim ilk məqsədim atamın istəyini həyata keçirməkdir. O istək də “Yuventus”un oyununu idarə etməkdir. İnanıram ki, bunu da bacaracağam. Çünki atama söz vermişəm. Əsas hədəfim isə tanınmış və layiqli Azərbaycan hakimi olmaqdır. Təbii ki, dünya çempionatı və Çempionlar Liqasının oyunlarını da idarə etmək istərdim. Ancaq bunlar mənim üçün arzu deyil. Çünki bilirəm ki, mən bunu edəcəyəm. Bununla belə, FİFA referisi olmaya və dünya çempionatının oyunlarını idarə etməyə bilərəm. Ancaq əsas istəyim budur ki, öz ölkəmdə mənə bir hakim kimi hörmət olunsun. Mən də bacardığım qədər ölkəmi xaricdə layiqli təmsil etmək istəyirəm.
Rubrıkanın aparıcısı:
Vüsal HÜSEYN
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."