“Emin Quliyevin komandadan kənarlaşdırılması klubdaxili məsələdir. Buna görə də bu haqda geniş açıqlama verməyə ehtiyac görmürəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Emin Quliyevin transferə çıxarılmasına münasibət bildirərkən, “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov bildirib. O deyib ki, bu cür qərar qəbul etmək onlar üçün heç də asan deyil: “Bildiyiniz kimi, hələ bundan 10 gün əvvələdək mən Emini milli komandanın baş məşqçisi Berti Foqtsa məsləhət görürdüm. Amma indi onu komandadan kənarlaşdırmaq barədə qərar qəbul etmişik. Bu daha çox onun davranışıyla bağlıdır. Bu qərarı xeyli götür-qoy etdik. Çünki qarşıda bizi çempionatda çox gərgin oyunlar gözləyir. Bununla belə, bu qərarı qəbul etdik və ümid edirəm ki, komanda bundan əziyyət çəkməyəcək”
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi