Avro-2012-nin topu digərlərindən nə ilə fərqlənir?

Avro-2012-nin topu digərlərindən nə ilə fərqlənir?
AVRO-2012 11 Oktyabr 2011 / 14:20 2298
-  A +

Gələn il Ukrayna və Polşada təşkil olunacaq futbol üzrə Avropa çempionatının rəsmi topu digərlərindən fərqlənəcək.

Qol.Az-ın məlumatına görə, “Adidas” idman firmasının istehsalı olan top Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında istifadə olunmuş “Cabulani” ləqəbli topdan fərqli olaraq, daha sürətlə hərəkət edəcək.

“Adidas” firmasının icraçı direktoru Herbert Haynerin sözlərinə görə, topun belə hazırlanması AÇ-də məhsuldarlığın çox olması və azarkeşlərin daha baxımlı oyun izləməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, topa hələlik ad verilməyib və ya gizli saxlanılır. AÇ-də istifadə olunacaq topun rəsmi təqdimatı dekabrın 3-də püçkatma mərasimində olacaq.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə