Avro-2012 üçün xüsusi snayper

Avro-2012 üçün xüsusi snayper
AVRO-2012 19 Sentyabr 2011 / 17:37 6197
-  A +

AÇ-2012-nin təşkilatçı ölkələrindən Polşa çempionatda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili üçün əlindən gələni edir.

Qol.Az-ın məlumatına görə, Polşa polisi indi də terroristlər əleyhinə snayperlər hazırlayır.

Artıq hazırlıqlar start götürüb və sentyabrın 6-da Polşa və Almaniya kollektivləri arasında baş tutan yoldaşlıq oyununda həmin xüsusi hazırlıqlı polislərin xidmətlərindən istifadə olunub.

Polislər dünya çempionatının oyunları zaman baş verə biləcək terror aktlarının qarşısını almaq üçün “Accuracy” markalı 308 Win və 338 Mag kalibrli snayper tüfənglərindən istifadə edəcəklər.

Polşa höküməti turnirin keçiriləcəyi ərəfədə heç bir hadisənin baş verməyəcəyinə zəmanət verib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə