“Bavariya”dan Musiala ilə bağlı açıqlama

“Bavariya”dan Musiala ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 21:09 175
-  A +

“Bavariya” Jamal Musialanın səhhəti ilə bağlı yaranan müzakirələrə aydınlıq gətirib.

QOL.az xəbər verir ki, “Sky Germany”nin məlumatına görə, klub bu həftə 23 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə görüşərək onun müalicə prosesini müzakirə edib. Bildirilir ki, futbolçunun ilk tibbi müayinəsi 2025-ci il aprelin 22-də aparılıb.

Birgə açıqlamada Musialanın sağlamlığının əsas prioritet olduğu və klubun onun sağalması üçün tam dəstək göstərdiyi vurğulanıb. Tərəflər əməkdaşlığın davamı ilə bağlı müzakirələri məxfilik və qarşılıqlı hörmət çərçivəsində aparmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Musialanın yaşıl meydanlara qayıdacağı tarix hələ açıqlanmayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner