“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun Ukraynanın “Krivbass” klubunda çalışdığı dövrdə futbolçusunu qeyri-adi üsulla sınadığı məlum olub.
QOL.az xəbər verir ki, bu barədə “Krivbass”ın sabiq yarımmüdafiəçisi Yuri Vakulko “Ukrainskiy futbol” nəşrinə müsahibəsində danışıb.
O, Vernidubun bir dəfə zədə səbəbindən ona oyunu buraxmağı təklif etdiyini, lakin komandanın məğlubiyyətindən sonra bu qərarına görə irad bildirdiyini söyləyib:
“Maraqlı hadisə olmuşdu. Bir neçə oyun ərzində mənə mane olan kiçik zədəm var idi. Yuri Nikolayeviç özü yaxınlaşıb sağalmağım üçün bir oyunu buraxmağı təklif etdi. Mən də razılaşdım. Həmin matçda uduzduq. Oyundan sonra Vernidub paltardəyişmə otağında kimin əsl kişi olduğunu, kimin isə xırda şeylərə görə oyunları buraxdığını gördüyünü dedi”.
Vakulko bundan sonra baş məşqçiyə yaxınlaşaraq oyunu buraxmağı məhz onun təklif etdiyini xatırladıb:
“Həmin oyunu buraxan yeganə futbolçu mən idim. Vernidub telefonunda başı sarğılı, ayaqları qan içində olan futbolçuların şəkillərini göstərdi. Ona dedim ki, axı fasilə verməyi özünüz təklif etmişdiniz. Vernidub isə bunun bir sınaq olduğunu və məndən başqa cavab gözlədiyini bildirdi. Bu, mənim üçün yaxşı dərs oldu”.
Qeyd edək ki, Yuri Vakulko 2023-2025-ci illərdə Vernidubun rəhbərliyi altında “Krivbass”da 46 oyun keçirib. Ukraynalı mütəxəssis isə 2025-ci ilin dekabrından “Neftçi”nin baş məşqçisidir.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı