Mutsinzi ehtiyatda qaldı, Mikels oynadı

Mutsinzi ehtiyatda qaldı, Mikels oynadı
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 00:13 487
-  A +

Ruanda millisi yoxlama oyununda Keniya ilə üz-üzə gəlib. 

QOL.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb. 

Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anje Mutsinzi bu görüşün iştirakçısı olmayıb. O, əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib. 

Azərbaycan Premyer Liqasından Ruanda millisinə çağırılan digər futbolçu – “Sabah”ın hücumçusu Coy-Lens Mikels isə ikinci hissədə meydana çıxıb. O, 46-cı dəqiqədə Abeddy Biramahireni əvəzləyib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner