Argentina mütəxəssis Marselo Qalyardo Ekvador milli komandasının yeni baş məşqçisi olacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. Sözləşmə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.
Qalyardo bu vəzifədə Sebastyan Bekkaçeseni əvəzləyəcək. Sonuncu Ekvador millisinin 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə uduzmasından sonra komandadan ayrılıb.
Son iş yeri “River Pleyt” olan Qalyardo bu klubun əfsanələrindən biri hesab olunur. O, fevral ayında iki il çalışdığı komandadan ayrılıb. 50 yaşlı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Uruqvayın “Nasyonal” klublarını da çalışdırıb.
Ekvador millisinin Qalyardonun rəhbərliyi altında ilk oyunu sentyabrın 24-də Cənubi Koreyaya qarşı olacaq.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu